"Müsəlman qardaşları" Misirdə prezident seçkilərinə qatılmaqdan imtina edib
Müsəlman qardaşları" təşkilatının rəhbərliyi ilə yaradılmış "Azadlıq və Ədalət" partiyasının baş katibi Muhəmməd Saat əl-Katani bildirib ki, onların prezident seçkilərinə qatılmaq niyyəti yoxdur. "Bizim əsas məqsədimiz – parlament seçkilərində qələbə qazanmaqdır", - deyə əl-Katani bildirib.