"Misir Ərəb Respublikası Qafqaz regionunun təhlükəsizlik və sabitliyinə böyük maraq göstərir və münaqişənin beynəlxalq hüquq prinsipləri və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyinə dair öz mövqeyini bir daha təsdiq edir".
Bu fikirlər Misirin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan press-relizdə öz əksini tapıb. Səfirlikdən bildiriblər ki, Misir bu məsələ ilə bağlı Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda görülən bütün cəhdləri və xüsusi ilə də ATƏT-in Minsk qrupunun cəhdlərini diqqətlə izləyir və münaqişənin həll olunması üçün edilən cəhdlərin müvəffəqiyyətli olacağına və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülhə nail olunacağına ümid bəsləyir.