Azərbaycan Diplomatiya Akademiyasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın xanımı Zeyno Baranın yazdığı “İslam vətəndaşı” kitabı ilə bağlı tədbir keçirilib.
SalamNews-un verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Zeyno Baran bildirib ki, bu mövzuda sayca 4-cü olan bu kitab qərbdə islamın güclənməsinə həsr olunub. Üç ilə yazdığı bu kitaba materiallar toplamaq üçün dünyanın müxtəlif ölkələrində olduğunu söyləyən müəllif araşdırmalar apardığını, maraqlı materiallar əldə etdiyini diqqətə çatdırıb.
Əsərin bir paraqrafı Azərbaycana həsr olunub. Bu, 1918-ci ildə şərqdə qurulmuş ilk cümhuriyyətin islama verdiyi önəmlə bağlıdır. Sonra Zeyno Baran kitabda toplanan məsələlərlə bağlı tədbir iştirakçıları qarşısında mühazirə oxuyub. Müəllif yığıncağın sonunda tədbir iştirakçılarının və jurnalistlərin suallarını cavablandırıb.