ABŞ prezidenti Barak Obama administrasiyasının məsul şəxslərindən biri məlumat verib ki, vitse-prezident Cozef Bayden Ankara səfəri zamanı Ermənistanla əlaqələrin normalllaşdırması üçün Türkiyəyə təzyiq göstərib.
SalamNews-un "Milliyyət"ə istinadla verdiyi xəbərə görə, məsul şəxs bildirib ki, C.Bayden Prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Məclis sədri Cəmil Çiçeklə görüşündə 2009-cu ildə imzalanan iki türk-erməni protokolunu gündəmə gətirib. ABŞ dövlət katibi Hillari Klinton da iyul ayında Türkiyəyə gəldiyi zaman türklərə bənzər bir ismarıc göndərmişdi.
Bildirək ki, Bayden ABŞ Senatında çalışarkən "erməni soyqırımı" qərarlarını dəstəkləyib.