Məşhur vaiz Əbu Hazim bir gün xəlifə Ömər ibn Əbdüləzizin hüzurunda idi.

Xəlifə ondan xahiş etdi: «Mənə nəsihət ver». Əbu Hazim söylədi: «Sağ böyrün üstə üzü qibləyə sarı uzan, özünü qəbirdəki kimi hiss et. Fikirləş ki, bu an səndə nəyin (hansı xüsusiyyətlərin) olmasını istərdin. Çalış, tezliklə həmin keyfiyyətləri özündə toplaya biləsən. Sonra düşün ki, hansı xasiyyətlərin səndə olmasını istəməzdin. Onları da tezliklə özündən uzaqlaşdırmağa salış. Ölüm çox yaxındadır, tələs ki, fürsəti əldən verməyəsən».
Abbasi xəlifələri xilafətə haqlı olduqlarını sübuta yetirmək üçün Həzrət Mühəmməd Peyğəmbərlə (s) qohumluqlarını daim bəhanə gətirirdilər. Bir gün Harun ər-Rəşid İmam Musa Kazimdən (ə) soruşdu: «Nə ilə sübut edə bilərsən ki, sən Peyğəmbərə məndən daha yaxınsan?». İmam xəbər aldı: «De görüm, əgər o həzrət indi sağ olsaydı, sən öz qızını ona ərə verməyə razı olardınmı?». Harun söylədi: «Əlbəttə, razı olardım, bundan böyük iftixar ola bilərmi?». İmam buyurdu: «Amma o həzrət nə özü mənim qızımla evlənmək istəyərdi, nə də mən öz qızımı ona ərə verərdim. Çünki o, mənim ulu babamdır və öz nəticəsi ilə evlənə bilməz»