Çərşənbə günü Suriya Prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri ölkə müxalifətinin əsas qərargahı olan Homs şəhərini ələ keçiriblər.
SalamNews “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Homs şəhəri, xüsusən də müxalifətin silahlı qüvvələrinin cəmləşdiyi Bab Əmra rayonu güclü artilleriya atəşinə məruz qalıb. Əməliyyat zamanı 104 nəfər həlak olub.
Hazırda Homsun müxtəlif rayonlarında hökumət ordusu yoxlamalar və axtarışlar aparır.