Bu gün, hicri qəməri tarixi ilə Rəbiyüs-sani ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) mövlud günüdür.
Imam hicri qəməri tarixi ilə 232-ci ildə Mədinədə dünyaya göz açıb.
İmam Həsən Əsgərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.
Bü əlamətdar, Həsən Əsgərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanları təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına uyğun həyat sürmələrini diləyirik.