Misirdə prezident seçkiləri 2012-ci il mayın 23-ü və 24-də keçiriləcək. SalamNews RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Seçki Komissiyasının sədri, Misir Konstitusiya Məhkəməsinin başçısı Faruk Sultan bəyan edib.
F.Sultanın sözlərinə görə, əgər namizədlərdən heç biri birinci mərhələdə səslərin 50%-dən çoxunu toplaya bilməzsə, ikinci tur iyunun 16-sı və 17-də keçiriləcək.
Qanunvericiliyə uyğun olaraq, dövlət başçısının səlahiyyət müddəti əvvəlki kimi 6 il deyil, 8 il olacaq.
Fevralın 11-də Misir Hüsnü Mübarəkin istefasının ildönümünü qeyd edib. Ancaq sadə vətəndaşlar artıq buna əvvəllər olduğu kimi sevinmirlər. Ekspertlərin rəyinə görə, bu, Misir cəmiyyətində ziddiyyətlərin dərinləşməsi ilə əlaqədardır.