Fransa prezidenti Fransua Olland mayın 25-də səhər Əfqanıstana qəfil səfər edib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, prezidenti müdafiə naziri Jan-İv le Drian, xarici işlər naziri Loran Fabius və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eduar Giyo müşayiət edir.