Həzrət Məhəmməd (s) buyurur:
“Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.”

“Müsəlmana hiylə quran bizdən deyildir.”
“Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.”
“Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”
“Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.”
“Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”