Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Kayseridə baş verən terror hadisəsi ilə bağlı açıqlama verib.
Partlayış nəticəsində 2 polis məmurunun şəhid olduğunu, 16 nəfərin yaralandığını qeyd edən nazir deyib: “Əsas hədəf ora deyildi. Polisin təqibi nəticəsində bomba orada partladılıb. Avtomobildə iki kamikadze olub”.
SalamNews-un "Milliyet"ə istinadla verdiyi xəbərə görə, hadisə zamanı 3 terrorçu öldürülüb.