İrana məxsus hərbi gəmilərin Azərbaycanın dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə yayılan məlumatlar təxribatdı
SalamNews xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son günlərdə bir sıra elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlar yayılıb. Bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır: "Azərbaycan ilə İranın dəniz sərhədlərində sərhəd mühafizəsi həmişəki qaydada həyata keçirilir, xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur".