Fransa prezidenti Fransua Olland mayın 25-də səhər Əfqanıstana qəfil səfər edib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, prezidenti müdafiə naziri Jan-İv le Drian, xarici işlər naziri Loran Fabius və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eduar Giyo müşayiət edir.
Qeyd edək ki, F. Olland daha əvvəl 2012-ci ilin sonuna qədər Fransa hərbi kontingentini Əfqanıstandan çıxaracağına dair vəd vermişdi.