ABŞ hökuməti Suriyaya dair sanksiya siyahısını genişləndirərək ora təxminən 30 suriyalı məmurun adını daxil edib. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.
Liviya parlamenti - Milli Konqresə keçirilən seçkilərin elan olunmuş yekun nəticələrinə görə, sabiq baş nazir Mahmud Cibrilin başçılıq etdiyi liberallar koalisiyası bloku – “Milli Qüvvələrin Alyansı” qalib gəlib.