İyulun 18-də Suriyada terror aktları və döyüşlər nəticəsində təxminən 80 nəfər həlak olub.
Bu barədə Frans Press Suriya hüquq-müdafiə təşkilatlarına istinadən xəbər verir.
Məlumata görə, gün ərzində ölkədə 26 mülki şəxs, 43 hərbçi və 8 silahlı öldürülüb.
Ümumilikdə isə 2011-ci ilin martından etibarən Suriyada daxili münaqişə nəticəsində ölənlərin sayı 15 mini ötüb.