Növbəti həftənin ortasında Səudiyyə Ərəbistanı Kralının dəvəti ilə İran Prezidenti Mahmud Əhmədinejad islam dövlətləri rəhbərlərinin növbədənkənar iclasında iştirak etmək üçün Məkkəyə yola düşəcək.
ABŞ prezidenti Barak Obama Konqres tərəfindən avqustun 2-də qəbul edilən İrana qarşı yeni sanksiyalar barədə qanunu imzalayıb. «APA-ECONOMICS»in xəbərinə görə, bu barədə «Associated Press» məlumatı yayıb.