ABŞ-ın dövlət katibi Hillari Klintonun başçılıq etdiyi nümayəndə heyəti rəsmi görüşlər keçirmək məqsədi ilə İstanbula gəlib.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi səhər Türkiyə vaxtı ilə 04.20 radələrində İstanbul Atatürk Havalimanına enib. H.Klintonu İstanbul valisi Avni Mutlu və ABŞ İstanbul Baş konsulu nümayəndələri qarşılayıblar.
Dvlət katibi "Conrad Otel"ə yerləşib. Onun bu gün səhər saatlarında Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşəcəyi gözlənilir.
Günortadan sonra isə Suriyadakı daxili gərginliyi müzakirə etmək məqsədi ilə suriyalı müxalifət qrupları ilə görüşü nəzərdə tutulub.