Milli Məclisin deputatı Qənirə Paşayeva Somalidə səfərdədir.
O, Somalidə Türkiyə tərəfindən qurulmuş "ÜMÜD" yetimxanasında ana-babasını itirmiş qızlarla görüşüb.
Q.Paşayeva bildirib ki, bu ölkədə onların sayı minlərlədir. Qızlar məktəbli hədiyyələrindən çox sevindilər. O qədər oxumağa meyillidirlər ki, İnşallah oxuyub millətləri və ölkələri, o cümlədən insanlıq üçün gözəl işlər görəcəklər. Onların gözlərindəki kədər, qəmin bir-iki saatlıq da olsa dağılmasına çox sevindik.
Onun sözlərinə görə, burada Azərbaycanın adından yetimxana açılmasına qərar verilib: "Təqribən 15 min manata başa gələcək bu yetimxananın maliyyəsi ödənilib. Təşkilati işləri türkiyəli dostlarımız görəcəklər. Sabahdan yetimxananın tikintisinə başlanılacaq. Bu, Azərbaycan adından somalili yetim qızlar üçün hədiyyə olacaq".