Suriya hökumət qoşunlarının Hələbdə keçirdikləri təmizləmə əməliyyatı nəticəsində Bab Əl-Nəsr rayonu nəzarət altına alınıb.
SalamNews-un FarsNews-a istinadla verdiyi xəbərə görə, Bab Əl-Farc rayonunda aparılan əməliyyat zamanı rayon sakinlərini qorxuya salan snayper ələ keçirilib.
Hökumət qoşunları tütün məmulatları istehsalı fabrikinə silahlı qruplaşma tərəfindən edilən hücumun qarşısını alıblar. Əməliyyat zamanı çox sayda terrorçu əsir götürülüb, onlar arasında bir neçə tanınmış müxalifət liderləri var. Hazırda Ein Əl-Tel rayonunda Əl-Kyare Əl-Ryaziye meydanında döyüşlər gedir.