Bağdadın cənubundakı bazarda iki bomba partlayıb. Nəticədə 2 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.
Şəhərin şimalında isə bir nəfər güllələnib. Hər iki terror aktına görə məsuliyyəti öz üzərinə «Əl-Qaidə» terror şəbəkəsi götürüb. Güllələnən şəxs «Əl-Qaidə» ilə mübarizə üçün yaradılmış könüllü hərbi birliyin üzvü olub.