POPULYARXƏBƏRLƏR

Misir prezidentinin qalmaqal yaratmış müşaviri istefa verdi

Misir prezidenti Məhəmməd Mursinin müşaviri İsam Məhəmməd əl-Üryan tutduğu vəzifədən istefa verib.

İslam.az-ın "Yeni Şərq"ə istinadla verdiyi xəbərə görə, “Müsəlman Qardaşları” hərəkatının veteranlarında sayılan əl-Üryan öz istefasını parlamentdə hakim Azadlıq və Ədalət partiyası blokuna rəhbərlik edəcəyilə əlaqələndirib: “Mən artıq bu iki vəzifəni daşıya bilmərəm. Yeni Konstitusiyaya qəbul edildikdən sonra eyni zamanda həm icraedici orqanda, həm də qanunverici orqanda olmağım maraqlar toqquşmasına səbəb olur”.
“Əl-Əhram” qəzetinin yazdığına görə, prezidentin sözçüsü Yasir Əli də cənab İsam əl-Üryanın istefasını “eyni zamanda həm icraedici, həm də qanunverici orqanlarda təmsil olunmaq isməməməsi” ilə izah edib.

İstefasından bir neçə gün əvvəl İsam əl-Üryan qalmaqala səbəb olan bəyanatla çıxış etmişdi. O, 10 ildən sonra İsrail dövlətinin yox olacağını bildirməklə bərabər, Fələstinin işğal edilmiş ərazilərində yaradılmış İsraildə yaşayan yəhudilərə gəldikləri ölkələrə qayıtmağı məsləhət bilib. Cənab əl-Üryan Fələstinin yəhudilərin vətəni olmadığını və buraya Misirdən köç etdiklərini vurğulayaraq, onları geriyə - Misirə qayıtmağa çağırış edib.
Hakim Azadlıq və Ədalət partiyası sədrinin müavini və millət vəkili olan doktor İsam əl-Üryanın bu çağırışı “Müsəlman Qardaşları” hərəkatının bir sıra digər yetkililəri tərəfindən sərt tənqid olunub.

Xatırladaq ki, Misirin Dream TV kanalına müsahibəsində əl-Üryan İsraildə yaşayan yəhudilərə səslənərək söyləmişdir ki, “Polşa olsun, yaxud Misir, yəhudilər öz vətənlərinə, fələstinli qaçqınlar da öz vətənləri Fələstinə geri dönməlidirlər”. O, əlavə edib: “Bizim partiya yəhudilərə qarşı deyil, sionizmə qarşıdır. Amma İsrail yəhudilərin həqiqi vətəni deyil.”

İsam əl-Üryanın bu çağırışı İsrail və dünyanın müxtəlif ölkələrində yaşayan sionist dairələrinin qəzəbinə səbəb olub. Belə ki, yəhudilərin tam şəkildə Fələstinə sahib çıxması ideyasını ali məqsəd sayan sionizm hərəkatı etnik və irqi mənsubiyyətindən asılı olmayaraq, dünyanın müxtəlif yerlərində yaşayan bütün yəhudilərin Fələstin ərazisinə yığışmasına çalışır. Sionistlərə görə, Fələstində yalnız yəhudi dövləti İsrail mövcud ola bilər.



Yerləşdirilib:8 Yanvar, 2013  13:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com