Əfqan ordusunun hərbi formasında olan naməlum şəxs Əfqanıstanın cənubunda Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələrinin (İSAF) əsgərini güllələyib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Associated Press Agentliyi NATO komandanlığına istinadən məlumat verib.
Hadisə dünən baş verib, hazırda araşdırma aparılır.
Ümumiyyətlə, ötən ildə Əfqanıstanda bu cür hücumlar nəticəsində 61 İSAF hərbiçisi həlak olub ki, bu da 2011-ci ilin göstəricisindən 35 nəfər çoxdur. NATO komandanlığı və yerli hökumət əmindir ki, bu cür aktların arxasında əfqan ordusu və polisi sıralarına daxil olan talibanlar dayanırlar.