Bu gün Nəsimi rayon Məhkəməsində həbsdəki ilahiyyatçı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə vəkil Cavad Cavadlı bildirib. C. Cavadlı prosesin baxış iclasının yanvarın 18-nə təyin edildiyini deyib.
Qeyd edək ki, Cavid Məmmədov oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri barəsində olan qərardan apellyasiya şikayəti verilsə də, məhkəmə təmin etməyib.