POPULYARXƏBƏRLƏR

Dava yorğan davası deyilsə...

Son günlərdə Suriyada və ona yaxın olan bölgədə baş verən bəzi hadisələr vəziyyətin hansı istiqamətə doğru yönəldiyini, daha doğrusu, yönəldildiyini göstərməyə başladı. Son onilliklər boyunca bəzi müsəlman ölkələrində izlədiyimiz ssenarinin Suriyaya tətbiqi planının üzərindən deyəsən, pərdəni götürmək qərarına gəldilər.

Vaxtilə tanıdığımız qüvvələr bəzi müsəlman ölkələrinə soxulmaq istəyəndə də əvvəlcə səhnədə “mücahid”, “vəhhabi”, “sələfi”, “taliban” və sairə adlar altında saqqallı, silahlı, Allahü əkbərli şəxslər peyda oldular. Elan edildi ki, buranın xalqı azadlıq istəyir, öz hüququnu tələb edir, öz müqəddəratını həll etməyə qərarlıdır, amma mücahidlər onlara imkan vermirlər. Ölkədə məzhəb, əqidə, dini qarşıdurması yaradılır, sadə müsəlmanların qanları tökülürdü. Nəhayət, beynəlxalq “sülhsevər” qüvvələr məsələyə müdaxilə etməyin vaxtı çatdığını görüb, bu ölkələri və dinc əhalini “vəhşilərdən” xilas etmək missiyasını öz üzərlərinə götürdülər. Sonrakı hadisələr isə göz qabağındadır. Bu da göz qabağındadır ki, kənar müdaxilədən sonra bu ölkələrin heç birində sülh və əmin-amanlıq bərpa edilmədi, dini zəmində düşmənçiliyin, məzhəb qırğınının, radikallığın və vəhhabiliyin kökü kəsilmədi. İraqda bu gün də bəziləri cənnətə düşmək arzusu ilə məscidləri partladırlar. Nə Liviyada, nə Misirdə, nə də başıbəlalı Əfqanıstanda vəhhabi və sələfi qruplaşmaları zəifləmədilər, əksinə, daha da gücləndirilib başqa bölgələrdə də istifadə edilməyə başladılar.

Suriyada da eyni ssenari oynanmağa başladı. Qərb KİV-nin təqdimatına görə, əvvəlcə xalq öz azadlığını tələb edirdi. Deyirdilər Bəşər Əsəd camaatı bezdirib, sadə insanlar ələ silah götürüb hakimiyyəti devirmək istəyirlər. Amma sonra bu “sadə xalq” pərdəsi altında gizlənən bəzi qüvvələrin qəddarlıqda heç də iqtidardan geri qalmadığı aydın oldu. Bir neçə ay bundan əvvəl isə tamaşanın əsas qəhrəmanları – vəhhabilər səhnəyə çıxarıldı. Əvvəlcə məscidləri yandırıb Allaha həmd edən, daha sonra Suriya və İordaniyadakı müqəddəs ziyarətgahları – Hücrün, Cəfəri-Təyyarın məqbərələrini dağıdan, daha sonra hətta Zeynəbi-kübranın və Rüqəyyənin pak hərəmlərini yerlə-yeksan edəcəkləri ilə dünyanı hədələyən qüvvələr.

Təbii ki, xarizmatik xarakterli liderin məhvindən və ya zəifləməsindən sonra “dərə xəlvət, tülkü bəy” prinsipinə əsasən müxtəlif qüvvələrin səhnəyə çıxmasını təbii saymaq da olardı. Səddam Hüseyn, Müammər Qazzafi, Hüsni Mübarək, indi də Bəşər Əsəd öz gücünü itirəndən sonra vəhhabilər özlərinə geniş meydan qazandılar. Amma bu ölkələrə Qərbin təcavüzündən sonra terrorçuluğun və sələfi əqidəsinin nəinki kökünün kəsilmədiyini, əksinə, bütün çalarları ilə daha parlaq görünməyə başladığını nəzərə alsaq, bu prosesi təsadüfi saymamağın daha düzgün olduğunu düşünməliyik.

Əlbəttə, hər şey Allahın əlindədir. Sabah hadisələrin hansı məcraya yönələcəyini heç kim dəqiq söyləyə bilməz. Amma indiyə kimi oynanmış ssenarilərin təcrübəsinə əsaslansaq, “sülhsevər qüvvələrin” Suriya əhalisini terrorçulardan “xilas etmək” üçün təcili hərbi müdaxiləyə başlayacağını təxmin etmək daha düzgün olar. Bura kifayət qədər həssas bölgədir, tarix boyunca, Müaviyənin zamanından bəri həssas bölgə olub. Burada şiə icması da yaşayır, ələvilər də, sünnilər də. Vəziyyətə yeni “kolorit” qatmaq üçün bircə vəhhabilərin yeri çatışmırdı, onlar da peyda oldular. Bu dəfə də Qərb, müsəlmanları elə müsəlmanların əli ilə vurmaq və öz müdaxiləsinə haqq qazandırmaq imkanını əldə etmək üzrədir. Bu imkanı ona verənlər isə həmişəki kimi savab etdiklərini, müsəlman ümmətinin islahı uğrunda çalışdıqlarını, bidəti məhv etdiklərini və savab qazandıqlarını düşünürlər. Amma məncə, bu qüvvələr həqiqətən hökümətə qarşı döyüşürlərsə, Həzrət Zeynəbin məqbərəsini məhv etməkdənsə, Hücr ibn Ədiyyin cəsədini qəbirdən çıxarmaqdansa, Bəşər Əsədin atası Hafiz Əsədin məzarını dağıtsaydılar, daha təbii addım atmış olardılar. Onda sübut olardı ki, “dava yorğan davası deyil”.



Yerləşdirilib:10 May, 2013  21:50, ]]>Çap]]>
 
Bu bölmədə:
9 İyul, 2014
Mən orucluyam!

Son şərhlər : 1
Müəllif: Nazim | 11 May, 2013  13:21
# Ответить
+3


]]>]]>

Ay Natiq bunlar ne yorqan davasi nede doshey davasi etmirtler,bunlar funt sterlinq davasi edirler.Artiq hamiya melumdur ki vahabilik 2-3 esr bundan evvel ingilisler terefinden islam dunyasina mekrli shekilde soxushdurulub,beli beli mehz ele soxushdurulub ve hal hazirda ise bu mekre diger islam dushmenleride qosulub bu aciq ashkar ozunu gostermekdedir,muselmanlar bu veziyetde artiq dercede ayiq olmalidirlar ki bele hiyleler ozune muselmanlarin daxilinde yer tapa bilmesin.Allah bizi hivz elesin Amin.Amin deyen diller var olsun hamimiz muselmaniq ozude ki gunu gunden suretle coxaliriq buda ki dushmenlerin gozune girib gozlerini deshir ve buna gorede bele hiyleleri ishe salirlar.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com