POPULYARXƏBƏRLƏR

Daha bir Ramazan sona çatır

Daha bir Ramazanı geridə qoymaq üzrəyik. Bu yazıda yaxşı hallardan danışmaq istəmirəm. Ona görə yox ki, qəlbim qaradır, yaxşıları görmürəm. Yox, ona görə ki, yaxşıları deyəndə qorxuram yenə bir il yuxuya gedək, gələn Ramazanda ayılaq. Problemlərdən danışmaq istəyirəm. Deyəcəklərim təzə söz olmasa da, düşünürəm ki, xatırlamağa dəyər. Çünki təkrarda hər zaman fayda var.

Bəzi problemlərimiz keçən illərdəki kimi yenə təkrar oldu, bəzi problemlər bu il peyda oldu.

Yenə keçən ilki kimi nə dövlət səviyyəsində, nə də rəsmi KİV müstəvisində demək olar ki, heç bir Ramazan əhval-ruhiyyəsi hiss etmədik.

Yenə başqa ölkələrin telekanallarında iftar vaxtı verilən azana həsrətlə baxdıq.

Yenə obaşdan vaxtı xarici telekanalları çevirib oradakı söhbətlərə qulaq asdıq.

Yenə dini təşkilatların, dini saytların təqdim etdiyi Ramazan cədvəlləri bir-birindən az qala yarım saat fərqləndi.

Yenə bəzi iftar süfrələrinin əsas qonaqları dost-tanışlar, imkanlı adamlar, hörmətli hacılar oldu.

Yenə Ramazanın başladığı gün mübahisələr qopdu. Biri iyunun 28-i oruca başladı, o biri 29-u, o biri də 30-u.

Yenə ilin 11 ayında günorta naharsız qalmağa asanlıqla səbr edən bəziləri Ramazan ayında mədələrinin xəstə olduğunu xatırladılar.

Yenə dolanışığı heç də pis olmayan bəziləri bayram qabağı bazarda 3 kilo buğdanın qiymətini öyrənməyə can atdılar ki, verdikləri fitrə zəkatı məbada, minimal həddən çox olmasın.

Yenə Ramazan boyunca şəhərin mərkəzində, camaatın gur olduğu küçələrdə yerləşən açıq hava altındakı kafelər var gücü ilə işlədi.

Yenə peşəkar dilənçilər xəbərsiz insanların fitrə zəkatını mənimsəmək üçün var güclərini səfərbər etməyə hazırlaşdılar.

Yenə bəziləri müqəddəs ayda belə, araq içməkdən özlərini saxlaya bilmədilər, iftar qabağı işdən çıxıb evə gələndə yolüstü araq almağı unutmadılar.

Yenə Ramazanı fələstinlilər işğal altında, suriyalılar qorxu və səfalət içində, qarabağlılar öz ev-eşiklərindən kənarda yaşadılar...

Amma təzə problemlərin də şahidi olduq.

Bu ilki Ramazanda dünyanın hər an partlamağa hazır olan bəzi nöqtələrindəki silahlı qarşıdurmalar pik həddinə çatdı: Suriya, İraq, Fələstin...

Bu ilki Ramazanın “qaynar mövzusu” isə Qədr gecəsində Quranı baş üzərinə qoyub dua etməyin düzgün ya səhv olması oldu...

Hətta Qəzzədə baş verənlərə futbolçular da biganə qalmadılar. Dünya şöhrətli futbolçulardan biri öz qonorarından fələstinlilərə yardım etdi, o biri isə İsrailə...

...Daha bir Ramazanı arxada qoymaq üzrəyik. Həm köhnə, həm də təzə problemlərə baxmayaraq, gələcəyə ümidlə boylanmaq istərdim. İnşallah, gələn Ramazanda vəziyyət yaxşılığa doğru dəyişər, Ramazan bayramımız da əsil bayram olar...



Yerləşdirilib:26 İyul, 2014  17:02, ]]>Çap]]>
 
Bu bölmədə:
9 İyul, 2014
Mən orucluyam!

Son şərhlər : 3
Müəllif: leman | 27 İyul, 2014  12:48
# Ответить
0


]]>]]>

Heqiqetende belədi cooxx təəssüff((
Müəllif: Lamie | 27 İyul, 2014  15:53
# Ответить
0


]]>]]>

Salam.Men sizden bir soz sorusmaq isteyirem 28-i oruc tutmaliyiq yoxsa yox?Xahis cavablandirardiniz.
Müəllif: administrator | 27 İyul, 2014  15:59 | Ответ на #3184
# Ответить
0


]]>]]>

Salam. Beli, bayram ayin 29-da olacaqi uchun, 28-de oruc tuturuq.
Saytimizi izleyin, eger birden deyishiklik bash verse, derhal saytda xeber veriecek.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com