POPULYARXƏBƏRLƏR

Mən orucluyam!

“Oruc (cəhənnəm alovuna qarşı) qalxandır.

Oruc tutmuş adam pis söz danışmasın və cahillik etməsin.

Kimsə ona qarşı söyüş söyüb kobudluq etsə, cavabında yalnız iki dəfə bunu desin:

“MƏN ORUCLUYAM!”

Həzrət Mühəmməd Peyğəmbər (s).

Ramazan ayının ilk ongünlüyünü demək olar ki, arxada qoymaq üzrəyik. Amma dünyamızda mübarək Ramazanın izlərini nə qədər hiss edirik? Təəssüf ki, əksər müsəlman ölkələrindən gələn xəbərlər bu suala mənfi cavab verməyi tələb edir. İraq, Suriya kimi məmləkətlərdə nəinki döyüşlər səngimir, hətta Allahın haram aylarından olan Ramazan başlayalı tökülən qanların, törədilən qətllərin sayı daha da artıb. Digər müsəlman ölkələrində də vəziyyət əvvəlki aylardan fərqlənmir. Hər şey əvvəlki kimidir – siyasi mübarizələr, ağır ittihamlar, ölkədaxili çəkişmələr, aclıq, səfillik...

Vətənimiz də bu panoramdan kənarda qalmaq fikrində deyil deyəsən. Yenə hərə öz əvvəlki işindədir. Haram yeyən haramını yeməkdə, rüşvət alan rüşvətini almaqda, ətrafını söyən yenə söyüş yağdırmaqda, yeyən yeməyində, içən içməyindədir. İçənlərə gəlincə... Küçədə açıq kafelərdə soyuq meyvə şirəsi ilə öz günahkar qəlbinə sərinlik gətirmək istəyən və yoldan ötən orucluları öz günahkar qəlbinin ucqar bir guşəsində də yada salmayan insanlar bir tərəfə qalsın. Araq içənlərin də böyük bir hissəsi öz kefindədir. Yaxın günlərin birində iftara az qalmış marketdən aldıqlarımın pulunu kassaya ödəyəndə mənimlə yanaşı duran və əlindəki bir butulka adını bilmədiyim arağın, iki butulka da Xırdalan pivəsinin pulunu verməyə hazırlaşan “müsəlmana” baxanda tüklərimin ürpəşdiyini hiss etdim. Amma bilmədim nifrətdən idi, ya təəccübdən?..

Bəzi yaxın qonşu ölkələrin televiziya kanalları heç olmasa, üzdən də olsa, bütün ölkədə Ramazan əhval-ruhiyyəsinin yaşandığını göstərməyə çalışırlar. Bizdə heç bu da yoxdur. Bayağı şoular, əttökən musiqilər, zövqsüz qonaqlıqlar yenə öz axarı ilə gedir. Deyəsən, Ramazanın gəlişini az-çox hiss edənlər şadlıq saraylarının işçiləridir. Görünən yalnız budur ki, toyların arası kəsilib. Amma evlərdəki “toylar” davam edir. Ramazandan əvvəl şadlıq evlərində içilən araqlar bu ay musiqisiz restoranlarda və evlərdə təkbaşına içilir.

Dindarlarımız oruc tuturlar. Amma şeytani əməllərindən əl çəkməyənlər də tapılır. Biri Ramazan ayında başqa bir rayona gedib, orada əhaliyə yad olan öz qeyri-ənənəvi əqidəsini yaymağa çalışır. O birisi də tutub bunun saqqalını kəsir. Facebook səhifələrinə nəzər salsaq, nəinki vəhhabilərlə şiələrin arasında, lap elə şiələrlə şiələrin arasında bir çox lazımsız və ən əsası, əsassız mübahisələrin şahidi oluruq.

Unutmayaq, Ramazan – hüzur, aramlıq, barış və sevgi ayıdır. Ramazan – yalnız qətl və müharibələrin deyil, həm də mənasız söz dava-dalaşlarının kəsildiyi, söyüş yarışlarının fasilə verdiyi, qeybət bazarlarının bağlandığı aydır. Əks halda, tutduğumuz orucun nə faydası?..

Natiq Rəhimov


Yerləşdirilib:9 İyul, 2014  15:58, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com