POPULYARXƏBƏRLƏR

Qədir-Xum hədisi rəvayətdir, yoxsa?..

Qədir-Xum hədisi ilə bağlı maraqlı hadisələrdən biri də məşhur alim Şeyx Müfidin zamanında baş vermişdir. Şeyx Müfid kiçik yaşlarından etibarən elm öyrənməyə başlamışdı. O, xüsusilə, kəlam və məntiq elmlərinə maraq göstərirdi.

Məhz bunun sayəsində sonralar öz dövrünün böyük alimləri ilə elmi mübahisələr aparır və hamısından qalib çıxırdı. Şeyx Müfidin cədəl (elmi mübahisə) sahəsində müstəsna bacarığını hətta onun düşmənləri belə, etiraf edirdilər. Alimin müasiri olan və məzhəb təəssübü ilə tanınan Xətib Bağdadi deyirmiş ki, əgər Müfid taxta çubuğun qızıl olduğunu sübut etməyi qarşısına məqsəd qoysa, bunu edə bilər!

Müfid ilk təhsilini Bağdadda Əbu Abdullah Cəl adlı alimin yanında alır. Qeyd edək ki, Müfidin zamanında Bağdadda Büveyhilər sülaləsi hakimiyyət sürürdü. Büveyhilər zeydi əqidəsində idilər, buna görə də cəfəri məzhəbi ilə nisbətən mülayim davranırdılar. Həmin dövrdə Bağdadda mötəzili əqidəsi geniş yayılmışdı və böyük mötəzili alimləri burada yaşayırdılar. Mötəzililər bəzi məsələlərdə şiələrə yaxın idilər, ona görə də bir çox şiə alimləri ilk təhsili mötəzili ustadlardan alırdı.

Bir müddətdən sonra Əbu Abdullah Cəl başa düşür ki, artıq bu istedadlı şagirdə öyrədəsi biliyi qalmayıb. Onu özündən daha üstün bir mötəzili alimin – Əli ibn İsa Rummaninin yanına göndərir.

Müfid özünü tanıtdırmadan Rummaninin dərs dediyi yerə gəlir. İçəri girəndə otağın şagirdlərlə dolu olduğunu görür. Yer tapa bilmədiyindən, başmaq çıxarılan yerdə oturur və dərsə qulaq asmağa başlayır.

Bu arada Bəsrədən gəlmiş bir nəfər Rummaniyə belə bir sual verir: “Sizin Qədir-Xüm hədisi barədə fikriniz nədir? Şiələr bu hədisə istinad edərək, Peyğəmbərdən sonra məhz Əli ibn Əbu Talibin (ə) xəlifə olduğunu söyləyirlər”. Rummani cavab verir: “Biz də Qurandakı mağara ayəsinə (Tövbə, 40; hicrət zamanı Əbu Bəkrin Peyğəmbərlə birlikdə mağarada olması haqqındakı ayə) istinad edib, Əbu Bəkrin xəlifəliyinə inanırıq. Mağara ayəsi dirayətdir, Qədir-Xüm hədisi isə rəvayət. Dirayət rəvayətdən daha üstündür”. (Qəti sübutu olan məsələyə dirayət deyirlər. Məsələn, inkarolunaz dəlillə təsdiq edilən və ya hamıya məlum olan real hadisə dirayə sayılır. Burada Quran ayəsi dirayə, hədis isə rəvayət hesab edilir və ayə hədisdən üstün sayılır).

Şeyx Müfid heç nə demədən, Rummaninin cavabını vermək üçün fürsət gözləyir. Üstündən bir müddət keçəndən sonra o, alimdən soruşur: “Ya şeyx! Sizin fikrinizcə, öz zəmanəsinin ədalətli imamına qarşı üsyan edən şəxsin hökmü nədir?” Rummani əvvəlcə: “kafirdir” deyir, sonra səhvini düzəldir: “fasiqdir” (yəni günahkardır). Müfid sualına davam edir: “Əli ibn Əbu Talibi (ə) zəmanəsinin adil imamı sayırsınızmı?” Rummani təsdiq edir: “Bəli, o, itaəti vacib olan imam idi”. Müfid soruşur: “Elə isə, cənnətlə müjdələnmiş səhabələr Təlhə və Zübeyr fasiq idilər ki, imamın əleyhinə üsyan qaldırmış və onunla döyüşmüşdülər?” Rummani çıxış yolunu bu sözdə görür: “Doğrudur, onlar Cəməl savaşına qatıldılar, amma sonra peşman olub tövbə etdilər”. Müfid son sözünü deyir: “Onların Cəməl savaında iştirakı dirayətdir, sonradan tövbə etmələri barədə məlumat isə rəvayətdir. Özünüz buyurdunuz ki, dirayət rəvayətdən üstündür!”

Rummani bu məntiqin qarşısında cavab verə bilmir, Müfidin adını və kimlərdən dərs aldığını soruşur. Sonra bir məktub yazıb ona verir və tapşırır ki, məktubu öz müəllimi Əbu Abdullah Cələ təqdim etsin. Müfid məktubu gətirib müəlliminə verir. Müəllim kağızı oxuyub gülümsəyir və deyir: “Rummani aranızda olan söhbəti mənə yazıb və sənin bu mübahisədə qalib gəldiyini bildirir. O, həm də sənə “müfid”, yəni “faydalı, öz elmi ilə başqalarına xeyir verən” ləqəbini verib”. Deyirlər ki, bu hadisədən sonra Şeyx Müfid bu ləqəblə məşhurlaşır.

Əlbəttə, Şeyx Müfidə bu ləqəbin 12-ci İmam tərəfindən verildiyi və o həzrət tərəfindən Müfidə ünvanlanmış məktubun “lil-əxxis-sədid, vəliyyir-rəşid, əş-şeyxil-müfid” (öz yolunda möhkəm olan qardaşa, rəşadətli dosta və fayda yetirən şeyxə) müraciəti ilə başladığı barədə də məlumatlar vardır.



Yerləşdirilib:24 Oktyabr, 2013  00:19, ]]>Çap]]>
 
Bu bölmədə:
9 İyul, 2014
Mən orucluyam!

Son şərhlər : 5
Müəllif: Nazim | 23 Oktyabr, 2013  20:42
# Ответить
+8


]]>]]>

Allahin salami ve rehmeti olsun oz yolunda mohkem olan qardasha,reshadetli dosta ve fayda yetiren Seyx Mufide!.
Müəllif: dilaver | 5 Dekabr, 2013  22:18
# Ответить
-6


]]>]]>

)))) Yeni bu dediyinize inanmirsinizmi? Qedir-xum meselesini curudulmus bir mesledir Bu mesele uzerinde ancaq cahiller bas yorur indi
Müəllif: Sherurlu | 6 Dekabr, 2013  14:35 | Ответ на #2342
# Ответить
+8


]]>]]>

Gorunur ki, sen cahiller ordusundansan. Daha dogrusu, Ebu Leheb terefdari. Allah seni hidayet elesin, eger hidayet olansansa
Müəllif: Musalman | 15 Yanvar, 2014  16:42
# Ответить
+2


]]>]]>

Bağışlayan və Mehriban Allahın adı ilə..
Qədir Xum olayını rəvayət hesab edən,Əbu Bəkrin xəlifəliyini qanuni hesab edən Əli ibn İsa Rummani tərəfindən Mufid ləqəbi qoyulan Şeyxin ,bu ləqəbi ondan qəbul etməsi ilə İmamın ayqları altinda dəfn olunması UZLAŞMIR.. Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 İyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir.[2] Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır
Xahiş edirəm yazdığınaz rəvayətin əsas mənbəyinin qeyd edəsiniz
Allah razı olsun.
Müəllif: Ali | 6 Mart, 2014  14:32
# Ответить
+3


]]>]]>

64 sünni alimi və tarixçisi Qədir Xum hadisəsi haqqında məlumat verir.Onlara da cahil deyirsiniz?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com