POPULYARXƏBƏRLƏR

İtirilmiş savab

Bu günlərdə küçədə dostlarımdan birini gördüm. Allah imanını kamil etsin, dindar adamdır. Vicdanla yaşamağa çalışır, ibadət əhlidir. Onu yaxşı bir insan kimi tanyıram. Bu dəfə fikirli görünürdü. “Nəsə olub? Fikirli görünürsən” sözümə bənd imiş kimi, dərdini açıb danışdı. Sən demə, nə kasıblığın dərdini çəkirmiş, nə də evdə xəstəsi varmış. Başına gələn bir hadisədən xəcalət çəkirmiş. Sözünə də belə başladı: “Qardaş, dünən şeytanın adamı necə aldatdığının bir daha şahidi oldum, amma təəssüf ki, öz təcrübəmdə. Dünəndən özümə yer tapa bilmirəm. Vicdan əzabı məni boğur. Niyə belə oldu, özüm də bilmirəm”.

Sonra dostum hadisəni anlatmağa başladı: “Dünən günorta evdən çıxıb dükana getdim, evə bazarlıq etməliydim. Açığı, pulumuz da lap az idi. Bir il idi ki, uşaq üçün daxıla pul yığırdıq. Daxılı açıb, pulu götürdüm. Fikrimdə tutmuşdum ki, tanış dükana gedib orda xırda pulları bütöv eləyərəm, sonra da lazım olan ərzağı alaram. Nə isə, dükana gedirdim. Yolum aptekin qabağından keçirdi. Aptekin qapısında köhnə palto geyinmiş orta yaşlı bir qadın gördüm. Xəcalətli duruşu məndə belə bir təsəvvür yaratdı ki, yəqin dilənçidir, pul yığmaq üçün burda durub. Adətən, abırlı dilənçi ilə rastlaşanda biganə keçmirəm, qulpumdan çıxan qədər, bəzən bir manat, bəzən də bir neçə xırda pul çıxarıb verirəm. Bu dəfə də qadının yanından keçəndə əlimi cibimə salıb iki-üç xırda pul çıxardım. Pulları qadının ovcuna qoymaq istəyirdim ki, birdən düz gözlərimin içinə baxdı, əlində tutduğu kağız parçasını göstərib yavaş səslə dedi: “Qardaş, mən dilənçi deyiləm. Bu reseptdəki dərmanları almalıyam, pulum yoxdur. Mümkünsə, mənə iki ya üç manat ver”. Bilmirəm, şeytan məni nə təhər aldatdısa, ani olaraq, özümün də bu an pula ehtiyaclı olduğumu, uşağın daxılını açmağa məcbur qaldığımı, üstəlik, yollarda tez-tez rastlaşdığım “peşəkar” dilənçiləri yadıma saldım, xırda pulları qadının ovcuna basıb, “bundan artığına imkanım yoxdur” deyə, uzaqlaşdım.

Bir az getmişdim ki, sanki özümə gəldim, şeytanın hipnozundan ayıldım. Ürəyimdə peşmançılıq baş qaldırdı: “Bəlkə, həqiqətən, düz deyirmiş, dərmana ehtiyacı varmış. Üzdən də o biri həyasız dilənçilərə oxşamırdı. Nahaq elə dedim. Bəlkə Allah həqiqətən, onun çətinliyini mənim əlimlə həll eləmək istəyirmiş?” Amma deyəsən, şeytan məndən tam əl çəkməmişdi. Çünki geri dönüb qadından üzr istəmək, istədiyi dərmanları alıb ona vermək ağlıma gəlsə də, nədənsə yenə bunu etmədim, o yerdən cəmi əlli addım uzaqlaşsam da, ərindim, qayıtmadım. Öz-özümə dedim ki, qoy daxıldan çıxardığım pulları dükanda bütöv eləyim, lazım olan bəzi şeyləri alım, onsuz da qayıdanbaş yenə aptekin qabağından keçəcəyəm. Bu fikirlə dükanda işimi tez görüb qurtarmağa çalışdım.

Dükandan çıxıb tələsik addımlarla aptekə tərəf irəlilədim. Bayaq qadının durduğu yerdə yenə bir qaraltı görünürdü. Sevindim ki, hələ çıxıb getməyib. Amma yaxınlaşanda səhv etdiyimi anladım, qapıda duran başqa adam idi, adi bir insan. Aptekin pəncərəsindən içəri baxdım, orada da yox idi. Yaxınlıqdakı avtobus dayanacağına baş çəkdim. Dayanacaqda durmuş bir qadını uzaqdan ona bənzətdim. Amma yaxınlaşanda bunun da başqa adam olduğunu gördüm. Özü də maraqlısı budur ki, bu anda dayanacaqdakı həmin qadına başqa birisi yaxınlaşdı, hər ikisinin həm xarici görünüşündən, həm də danışığından qaraçı olduğunu anladım. Bunlar sadəlövh adamların mərhəmət hissi ilə oynamağa alışmış peşəkar dilənçilər idi. Əvvəlcə fikirləşdim ki, bəlkə məndən dərman pulu istəyən qadın da bu dəstənin üzvü imiş. Amma sonra bu fikri başımdan qovdum. Əvvəla, onun danışığı qaraçı ləhcəsinə oxşamırdı. İkincisi, açığı desəm, mən hələ aptekin qabağında durub dərman almaq üçün utana-utana pul istəyən və “mən dilənçi deyiləm” söyləyən bir qaraçı görməmişəm. Bunlar adətən, dilənçi olduqlarını gizlətmir, əksinə, bəlkə bununla fəxr edirmiş kimi görünürlər. Dilənəndə də adamın gözünün içinə “mərdi-mərdanə”, şax baxırlar. Sanki biz onlara borcluyuq və indi borclarını istəməyə gəliblər”.

Dostum bu yerdə dərindən köks ötürdü: “Onda anladım ki, həyatımda bəlkə də ən böyük savabı etmək şansını əldən vermişəm. İllər uzunu rastıma çıxan dilənçilərə, kömək istəyən adamlara göstərdiyim yardımlar içində ən ovsanaya düşəni bəlkə də bu olacaqdı, ona da şeytan imkan vermədi. Allah həmin gün bir fəqirin dərdinə mənim əlimlə çarə etmək istəyirmiş. Mənə də imkan yaratmışdı ki, o biri dünyada mizan-tərəzimin gözünə qoymaq üçün savab qazanım, haqq-hesab çəkiləndə cavab verməyə bir kəlmə sözüm olsun. Amma mən bu imkanı əldən verdim. Qayıdanbaş o qadını həmin yerdə görmədimsə, deməli, kim isə onun istədiyi yardımı edib. Kim isə düz mənim burnumun ucundan mənim savab payımı götürüb aparıb. Bəlkə də həmin an şeytan onu da aldatmaq istəyib. Amma xoş o adamın halına ki, şeytana yox deməyi bacarıb. Mən isə bunu bacarmadım”.

Dostum öz əhvalatını danışıb susdu. Indi danışmaq növbəsi mənim idi. Mən ona təsəlli verməli, könlünü almalı idim. Amma mən öz hayımda idim. Etdiyim əməlləri xatırlamağa çalışırdım ki, bir fəqirin möhtac olduğu dərmanı alıb ona vermək kimi ovsanaya düşən bir savabım varmı? İndiyə kimi bu sualın cavabını axtarıram, hələ ki tapmamışam...




Yerləşdirilib:19 Mart, 2013  15:49, ]]>Çap]]>
 
Bu bölmədə:
9 İyul, 2014
Mən orucluyam!

Son şərhlər : 2
Müəllif: Asya | 19 Mart, 2013  18:22
# Ответить
+6


]]>]]>

Yaxsi niyyətə görə də savab yazılar, İnsaAllah. Həm o dostda da günah yoxdu, insanlar o qədər üzsüzləşib ki, doğrunu yalandan ayırmaq çətindir. O qədər dilənçi var ki, nə bilsin ki, kimin həqiqətən ehtiyacı var.
Müəllif: Nazim | 29 Mart, 2013  11:32
# Ответить
+3


]]>]]>

Salam aleykum.Eger itirdiyimiz savablari bir yere yiqsaydiq onlardan qazandiqimiz gunahlarin uzerinden cennetecen korpu tikmek olardi.Allah bizleri savablari itirmeyenlerden qerar versin.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com