POPULYARXƏBƏRLƏR

Rek-lam-lar

Televizor yaxşı şeydir. Öz evində rahat oturub dünyanın o biri başından xəbər tutursan, bütün xəbərləri operativ izləyirsən. İstirahət etmək istəyəndə musiqiyə qulaq asırsan, filmləri seyr edirsən. Elmin ən müxtəlif sahələri haqqında məlumatları sənədli filmlərdən alırsan. Bakıda oturub, Yeni Zelandiyanın heyvanlar aləmini, Madaqaskarın bitkilərini öyrənirsən, İtaliyanın tarixi abidələrini, Məkkənin müqəddəs məkanlarını gəzirsən. Xanımlarımız televiziya ekranından dünya kulinariyasını öyrənirlər. Hələ uşaqları demirəm, multfilmə baxırlar, başları qarışır. Xülasə, evdə televizor olmağı çox yaxşıdır, amma...

Yox, mən əttökən şouları, mənasız serialları, bayağı klipləri nəzərdə tutmuram. Çünki bunlar tamam başqa bir söhbətin mövzusudur. Məqsədim reklamlardır – istər yerli, istərsə də  xarici televiziya kanallarında dəqiqələrlə vaxtımızı alan reklamlar. Əlbəttə, xarici kanallarla işimiz yoxdur, bu barədə qoy həmin ölkələrin öz vətəndaşları danışsınlar. Bizim işimiz yerli kanallarladır.

Reklamın əhəmiyyətini danmaq ağılsızlıq, televiziyadan bunun tamamilə yığışdırılmasını tələb etmək isə sadəlövhlük olardı. Axı istehsalçılar öz məhsullarını hansı yollasa təbliğ etməlidirlər. Üstəlik, büdcəsi bəzən milyonlarla ölçülən verilişlər də haradansa maliyyələşməlidir. Bunun dekorasiyası var, qrimi var, geyimi var, operatorun, rejissorun, redaktorun maaşı var, müsabiqələrin hədiyyə fondu, televiziyanın texniki xərcləri-filan... Xülasə, pul lazımdır və bu pul da reklamla əldə edilir. Amma gərək insafı da itirməyək. Sözümün canı bax, budur. Reklamı verəndə yalnız maddi gəliri deyil, mənəvi nəticələri də nəzərə alaq. Nəzərə alaq ki, bu reklamı evlərdə ailəlikcə izləyirlər. Bütün ailə üzvləri televiziyanın qarşısına toplaşıblarsa, verilişin ortasında qadınlara aid olan və açılıb-deyilməsi ayıb sayılan biabırçı reklam başlayanda, oğul öz anasının, qız öz atasının, gəlin öz qayınatasının yanında necə otursun? Hələ yaxşı ilə pisi ayırmayan körpələr reklamda göstərilənin nə olduğunu öz ata-analarından soruşanda, biçarə valideynlər nə cavab versinlər? Axı bura Amerika deyil, Avropa deyil, Rusiya deyil. Bura Azərbaycandır, Islam ölkəsi olmasa da, müsəlman ölkəsi olan Azərbaycan. Ümumiyyətlə, bu cür reklamlara nə ehtiyac var ki? Hər kəs öz işini bilir, nədən istifadə etmək lazım olduğunu da anlayır. Üstəlik, istənilən aptekin, super-marketin piştaxtasında bunlar necə deyərlər “adamın gözünü deşir”. Bununla kifayətlənməyib, mövzunu gündə dəfələrlə televiziya ekranlarına çıxarmaq kimə lazımdır?

Və ya götürək sosial reklam məsələsini. Bəzi xarici ölkələrdə artıq bu, ənənə şəklini alıb. Valideynlərə hörməti, ehtiyaclılara qayğını, uşaq və qocalar evlərinə yardımı təbliğ edən reklam çarxları çəkilir, televiziyada yayımlanır. Bu işlərlə məşğul olan xeyriyyəçi şəxslərin fəaliyyəti işıqlandırılır, bunlar başqalarına nümunə göstərilir. Bəs bizdə niyə bu cür reklamlar yoxdur? Olmaya, mərhəmətin, şəfqətin defisitə çevrildiyi qloballaşan dünyada insani duyğulara daha ehtiyac duymadığımızı düşünürük?

Reklamlarla bağlı daha bir xırda məsələni də qeyd edim. Televiziya ekranlarından tez-tez bahalı xarici avtomobillərin, xəz geyimlərin və sairənin reklamını gözümüzə soxanların niyyətini bilmək maraqlı olardı. Reklam edilən bu malların qiyməti əhalinin bəlkə də cəmi 2-3 faizinin cibinə uyğundur. Gəlin etiraf edək ki, lap az həmvətənimizin öz həyat yoldaşına 3-5 min manat civarında dublyonka almağa imkanı çatar. Qiyməti yüz minlərlə ölçülən bahalı lüks avtomobilləri almağa isə bundan da az insan qadirdir. Elə isə, bu malların reklamını HƏR GÜN və HAMININ nümayişinə çıxarmaq, kasıb təbəqəni qıcıqlandırmaq kimə lazımdır? Bir halda ki, gəlin etiraf edək: 20-30 saniyəlik reklam çarxında avtomobilin göstəricilərini, özəlliklərini, oxşar modellərdən fərqini göstərmək onsuz da mümkün deyil.

Fikrimcə, həm reklamçıların, həm də bu reklamları öz kanalında reallaşdıran yayımçıların bunlar haqqında düşünməsi və tədbir görməsi yerinə düşərdi; nə qədər ki, gec deyil...


 



Yerləşdirilib:22 Fevral, 2013  14:36, ]]>Çap]]>
 
Bu bölmədə:
9 İyul, 2014
Mən orucluyam!

Son şərhlər : 4
Müəllif: Asya | 22 Fevral, 2013  11:01
# Ответить
+3


]]>]]>

Yaxsi movzudu.
Neyneyek, biz de maasimiza uygun palto alaq sukur edek, dublyonkalara, subalara, bahali masinlara ANCAQ REKLAMLARDA BAXAQ. ))
Müəllif: Nazim | 22 Fevral, 2013  11:43
# Ответить
+4


]]>]]>

Salam aleykum.Azizimiz Natiq men ele her zaman diqqet edirdim ki goresen ne vaxrtsa ictimai simalardan biri bu heyasiz ve goz gamashdirib bash gicellendiren reklamlari tenqid edecekmi?Shukr Allaha ki axir ki senin ve senin qeleminle bu menfi hala tenqidi movqe gordum..Hec kese sirr deyil ki dunyanin hec bir yerinde tamm musteqil televiziya yoxdur ebes yere onu dorduncu hakimiyyet adlandirmirlar hetda hal hazirda men televiziyani ikinci yere cekerdim ve qeyd elediyin kimi maliye menbeleri onlari idare edir.Bizim televiziyalara geldikde ise bu cure heyasiz,arsiz ve nefsi xarab eden reklamlar cox ehtimal ki esasen muselman olan cemiyetimizin etik ve tevazokarliq qaydalarina xelel getirir,tesuf ki bu ziyan xalqimiza deyir ve bundan islam dushmenleri hiylegercesine istifade edirler.Aziz qardashim Natiq bele menfi hequqetleri tanqid etdiyin ucun sene teshekkurumu bildirirem.
Müəllif: Ana | 22 Fevral, 2013  15:19
# Ответить
+4


]]>]]>

Chox sag olun.Allah razi olsun.Kash ki aidiyyeti olanlar bir netice chixaraydilar,Biz de reklamlar kimi bu movzuya defelerle toxunsag belke netice verdi.Inshaallah
Müəllif: Lamiye | 7 May, 2013  15:49
# Ответить
0


]]>]]>

Cox sag olun
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com