POPULYARXƏBƏRLƏR

Uşaqlarini dilənçi vəziyyətinə salmiş ata müsəlman sayilmaz

Dinimiz orta yol dinidir, nə ifratı, nə də təfriti bəyənir. İslamda hər bir işi ədalətlə, öz yerinə və vaxtına uyğun, mütənasib şəkildə etmək vacibdir. Həddi aşmaq (həm azlığa, həm də çoxluğa doğru) günah sayılır. Mal-dövlətə münasibətdə də bu orta yolu izləmək İslamın vacib əmrlərindəndir.

İnsanın öz malından kasıblara sədəqə verməsi, hətta kasıbları öz axırıncı çörək tikəsinə şərik etməsi çox bəyənilir. Bunu edən adamın axirətdə nə kimi böyük mükafatlar alacağı barədə saysız hədislər vardır. Amma bununla belə, malı israf etmək, hətta sədəqə və ehsanda belə, ifrata varmaq düzgün deyil. Çünki əgər insan hər şeyini başqalarına versə, özü ac və miskin vəziyyətə düşər, başqalarına möhtac olar. Özgələrə yük olmaq, başqasının əlinə baxmaq, imkanı ola-ola özünü dilənçi vəziyyətinə salmaq İslam dininin ruhu ilə daban-dabana ziddir. Müqəddəslərimiz həmişə bu hərəkəti tənqid və məzəmmət etmiş, günah adlandırmışlar.

Doğrudur, valideyn övladına səxavət, mərhəmət, ehsan duyğusunu aşılamaq üçün kasıblara əl tutmalı, uşağın da bunu müşahidə etməsinə və öyrənməsinə şərait yaratmalıdır. Həm də edilən ehsanlar ailəyə bərəkət gətirər, necə deyərlər, ata-ananın yaxşılığı gələcəkdə övladın qarşısına çıxar. Amma valdieyn öz övladının dolanışığına, sağlam, ehtiyacsız böyüməsinə cavabdeh olduğunu da unutmamalıdır. Həmişə ölümü düşünməli, qəfil vəfat edərsə, azyaşlı uşaqların ondan sonra necə dolanacağını ftktrləşməlidir. Uşaqlar kiçik yaşda ikən valideyn vəfat edərsə, onun buraxdığı sərvət yetim uşaqların çox köməyinə çatar. Elə buna görə İslamda miras hüququ nəzərdə tutulub və mirasın düzgün bölünməsi üçün qayda-qanunlar qoyulub. Əlbəttə, elə düşünməyin ki, burada valideynin dünya malını hərisliklə toplamasını və övladları üçün milyonlarla irs qoymasını təşviq edirik. Yuxarıda dediyimiz kimi, hər şey ədalət əsasında və orta yol üzərində olmalıdır. Uşaqları nə mirasla qudurtmaq, nə də ac-susuz halda taleyin ixtiyarına buraxmaq olar.

Məşhur hədis kitablarından olan «Qürbül-isnad»da yazılıb: İmam Cəfər Sadiq (ə) atası İmam Mühəmməd Baqirdən (ə) rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında ənsardan bir nəfər vəfat etdi. O, ölümündən əvvəl əlində olan bütün pulu və mal-dövləti kasıblara sədəqə verdi, bütün kölələrini azad etdi ki, Allahın hüzuruna üzüağ getsin. Amma öz övladları üçün irs qoymadı. Ənsardan olan kişinin vəfatından sonra uşaqları pulsuz qalb dilənçilik etməyə məcbur oldular.

Həzrət Mühəmməd Peyğəmbər (s) məsələdən xəbər tutanda soruşdu: «O kişinin cənazəsini neylədiniz?». Səhabələr cavab verdilər: «Qüsl-kəfən edib dəfn etdik». Peyğəmbər buyurdu: «Əgər bunu daha əvvəl bilsəydim, icazə verməzdim ki, cənazəsini müsəlmanların yanında (yəni müsəlman qəbristanlığında) basdırasınız. Çünki o, uşaqlarını camaatın öhdəsinə buraxıb getdi».

Bu hədisdə Peyğəmbər öz övladının taleyini düşünməyən, atalıq borcunu yerinə yetirməyən adamın müsəlman qəbristanlığında dəfn edilməyə layiq olmadığını söyləyir. Bununla da əslində belə bir adamın İslam adına ləkə olduğunu və müsəlman adlandırılmağa haqqı çatmadığını dilə gətirmiş olur.



Yerləşdirilib:9 Yanvar, 2013  14:47, ]]>Çap]]>
 
Bu bölmədə:
9 İyul, 2014
Mən orucluyam!

Son şərhlər : 1
Müəllif: Nazim | 11 Yanvar, 2013  21:10
# Ответить
+3


]]>]]>

Salam aleykum.Natiq qardashim en aqrili yerlerin birine toxunmusan,doqrudur esl muselmanlar bele hallarin yaranmasina yol vermemelidirler,gunumuzde bu uzucu heqiqetlerle rastlashmamaq ucun cemiyetimiz hamiliqla birlikde calishmalidir ki bunun ucun hec bir yer qalmasin ister varli ister kasib,ister memur ister fehle, eks teqdirde ferdi mubarize musbet netice vere bilmez,onuda qeyd eliyim ki bunu qazanc vasitesi kimi peshe edenler ve onlarin idare olunmasida hec kese sirr deyil.Natiq senede bu ve bu kimi beyenilmeyen hallara bigane olmadiqin ucun hemcinin bele urekacan olmayan veziyetlerin yaranmasinin qarshisini almaqi insanlara tovsiye etmeyini destekleyirem.Heqiqetende Islam her bir insanin bashqasinin maddi cetinliyine laqeyd qalmamaqi tovsiye edir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com