Aşura günü gəlib-çatdı. Keçən illərdə olduğu kimi yenə dini mühitdə canlanma müşahidə edilir. Əslində bu canlanmanın özü də qəribə xüsusiyyətlərə malikdir.
İl ərzində azanı qorxa-qorxa verən məscilərdən məhərrəm ayı başlayandan bəri hər axşam mərsiyə və rövzə səsi ətrafa yayılır. Bu səslərin içində istədiyin avazı eşidə bilərsən. Ən çox da cənub qonşumuzun ləhcəsi ilə, avazı ilə oxunan mərsiyələr üstünlük təşkil edir. Elə ən asan yol da budur: qonşu ölkənin məscidlərində keçirilmiş köhnə təziyə məclislərini qeyri-canlı olaraq translyasiya etmək. Ya da ən uzağı, həmin növhələri, mərsiyələri olduğu kimi “kopirovka” edib oxumaq, adını da qoymaq “yerli istehsal”. Amma diski qoymazdan əvvəl dinləyicilər üçün təlimat keçmək yenə yaddan çıxır. Halbuki, çox yerinə düşərdi. Məsələn, rövzədəki “baba” sözləri ata deməkdir, “nənə”ni də ana kimi qəbul etməliyik və sairə və ilaxır.
Məscidlərdən yayılan avazlar klassik musiqi sənətimizin incəlikləri barədə dolğun təsəvvür yaratmağa tam kifayət edər. Burada bütün muğamlarımızın ahəngini, təsnif və dəramədlərimizi, hətta məşhur el havalarımızın ritmini eşitmək mümkündür. Əslində bu çox da qəribə deyil. Axı insafla desək, bir çox dərviş və məddahlarımız mükəmməl musiqi savadına malikdirlər və hər mümkün yolla bunu sərgiləməyə çalışırlar.
Ilin qalan aylarında mobil telefonların “zvonok”ları sayəsində ən rəngarəng nəğmələri eşitmək imkanımız olurdu. Məhərrəm ayı başlayanda bir çox dindarlar imicin tərkib hissəsi kimi, telefon musiqisini və zəngimseli də dəyişdilər. Indi onlara zəng edəndə telefondan ya rövzə səsi eşidilir, ya da “yerli istehsal”ın bir növü olan dini meyxanalar. Bu sonuncu dediyim da qəribə bir tendensiyadan xəbər verir. Bizlər adət etmişik ki, maşının qiymətini və sürücünün səviyyəsini maşında oxutdurulan musiqidən bilmək olar. Avtomobilin dinamiklərindən partlayışla çıxıb, ətrafdakıların qulaq pərdəsini hədsiz canfəşanlıqla sığallayan musiqinin səsi nə qədər yüksəkdirsə, deməli, o maşının sahibi bir o qədər “vurub-yıxan” oğlandır (amma intellekt səviyyəsi ilə də tərs mütənasibdir). Musiqinin ritmi gərək maşını tərpətsin, küçədən keçəndə birinci mərtəbədəki evlərin pəncərələri gərək səs dalğasından cingildəsin. Yoxsa o musiqidən nə fayda? Amma indi məhərrəmlikdir, ağır aydır. Bəs neyləyək? Musiqisiz iki ay dözmək olmur axı. Bunun da çıxış yolu var. Ya meyxana üslubunda, ya da hətta rok, rep, daha nə bilim nə ritmində oxunan dini nəğmələrin diskini maqnitofona qoyub, səs düyməsini axıra kimi burursan. Həm “savab” qazanırsan, həm də hamı xəbər tutur ki, sən dindarsan.
Hər şey inkişaf edir, tərəqqiyə doğru gedir, imkanlar və vasitələr sivilləşir. Amma bəzi adətlərimiz və dəblərimiz dəyişmir ki dəyişmir. Yenə ilin 10 ayını kef-damaqda olub, iki ay məhərrəmlik vaxtı dilinə içki vurmamaqla; ilin 365 günü yediyi haramları halallaşdırmaq üçün aşura günü məscidin həyətində sinə vurmaqla; hər gün geydiyi qısa yubkaya bu gün əl vurmayıb abırlı geyinməklə, hətta məscidə gedirik deyə başına yaylıq örtməyə belə, razı olmaqla (baxmayaraq ki, sifətidəki kosmetika heç də məscidə gəlməkdən xəbər vermir; təbii ki, bu sonuncu qeyd qadınlara aiddir) vəzifəsini bitmiş sayanlar çoxdur. Bununla vicdanının çiynindəki ağır yükü kənara tulladığını, bütün günahlarını sildiyini, az qala məsum səviyyəsinə yüksəlib cənnət bağlarında pərvaz etdiyini düşünürlər. Bəli, böyük iş görmüşük – bir saat mərsiyəyə qulaq asıb, dünyadan gedən əzizlərimizi, bütün dərdlərimizi, kasıblığımızı, ailədəki narazılığımızı yada salıb ağlamışıq, nəzir qutusuna qulpumuzdan çıxan qədər pul salmışıq, hətta məsciddəki xəlfə minbər üçün pul yığanda simiclik etməmişik, yaxşı pul verib əvəzində axundun dilindən ölülərimizə rəhmət qazanmışıq, içki içməmişik, günortaya – qətl sınana kimi dükanımızı bağlayıb cibimizə ziyan vermişik (amma qətl sınandan sonra yenə dükanı açıb araq satmaq olar)... Gör nə qədər fədakarlıq etmişik. Imam Hüseynlə (ə) silahdaşları Kərbəlada fədakarlıq ediblər, biz də burada edirik.
Salam aleykum.Natiq qardash men senin burada qeyd elediyin butun neqativ hallarla raziyam lakin senden xahish edirem mersiyelere toxunmayasan,mehz mersiyeler tarix boyu Huseyn(s)eshqinin muselmanlarin qelbinde yashayib caqlamasinda boyuk tesire malik vasite olmushdur ve butun dunyada milyonlarla muselmanlarin daxilinde akademikden bashlamish generallarla birge vehdet halinda bu roze ve mersiyelerden ozlerinin Huseyne(s)olan eshqinin tezahurunde istifade etmesinin yanlish olduqu hecde inandirici deyil haranin istehsalindan asili olmayaraq.Qeyd elediyim bu insanlar Huseynin(s) yolunda her zaman olume hazir olan muselmanlardir.Men inaniran ki menim bu iradimi Huseyn(s) eshqinin xatirine mehribancasina qebul edecek ve incimeyeceksen.Allah senden razi olsun.
Müəllif: Natiq | 25 Noyabr, 2012 01:04| Ответ на #296
1
Eziz qardashim Nazim. Evvela, meqaleye operativ munasibet bildirdiyine gore sene teshekkur edirem. Deyesen, bir qeder anlashilmazliq yaranib. Men qetiyyen mersiye ve novhelerin eleyhine deyilem. Bunlar boyuk shairlerin Imam Huseyne (e) mehebbetinin tezahurudur. Haqli olaraq qeyd edirsen ki, ashura mektebinin diri qalmasinda mehz bu mersiyelerin evezsiz rolu olub. Taniyanlar bilir ki, men ozum professional shair olmasam da, bir neche qeside ve mersiyenin muellifiyem. Bir de qeyd edim ki, tevazokarliqdan uzaq olsa da, indiye kimi bir neche mersiye toplusunun tertibchisi ve redaktoru olmusham. Meselen, hele 1994-cu ilde “Kim oldu shehid evvel?”, 1996-ci ilde “Mersiyeler” toplusunu tertib etmishem.
Müəllif: Natiq | 25 Noyabr, 2012 01:06| Ответ на #300
2
Sonralar 2006-ci ilde “Kerbela bagchasindan 100 gul” adli daha bir toplu chap etdirdim. Burada esasen Shimali Azerbaycan shairlerinin 100 mersiyesi toplanmishdi ki. onlarin ekseriyyeti sovet inqilabindan evvelki kitablardan goturulmushdu ve 100 ilden sonra ilk defe idi ki neshr olunurdu. Eyni kitab sonralar tekrar da neshr edildi ve hal-hazirda satishda var. Yene men Qumri Derbendinin mersiyelerini “Sechilmish eserleri” adi ile 2004-cu ilde hazirlayib neshr etdirmishem. Bununla bele, hemishe bezi mersiyelerdeki yalan ve xurafatlari tenqid etmishem, milli dilimizin temizliyini qorumaga chagirmisham ve yene movqeyim beledir. Meqalede de bunu demishem ki, Azerbaycanda oxunan mersiyelerin oz dilimize, adet-enenemize uygun olmasina diqqet yetirmeliyik.
Müəllif: Natiq | 25 Noyabr, 2012 01:07| Ответ на #301
3
Oz klassik shairlerimizin o qeder gozel, selis, revan mersiyeleri var ki. Onlari oxusaq ve dinlesek daha yaxshi olmazmi? Yoxsa meyxana ve ya rep mahni uslubunda oxunan cefengiyyatlara vaxt itirmeyimiz yaxshidir? Bir de ki, mersiyeni musiqiye chevirib ezadarliq adi altinda eslinde musiqiye qulaq asmaq isteyimizi temin etmeye chalishmamaliyiq.
Bu, kohne bir movzudur. Boyuk Islam alimleri bu sahedeki xurafatlarla hemishe mubarize apariblar. Onlari basha dushmeyenler de olub, hetta soyub tehqir edenler de. Amma bunlari demeliyik ki, dindar qardash ve bacilarimiz etdikleri her bir emelin mesuliyyetini derinden anlasinlar ve bu mesuliyyeti unutmasinlar. Imam Huseyn (e) teziyesi de beledir. Cahil ve qafil insan bilmememezlik uzunden savab etdiyini dushunduyu halda asanliqla gunah qazana da biler.
Nazim qardaşla tam razıyam. Bu xalq Kərbəla məktəbini neçə illərdir ki, məhz belə yaşadıb. Özü də yaxşı yaşadıb. Çünki pis olsaydı, Sovet imperiyasının ağır imtahanından üzüağ çıxmazdı. Yenilik etmək naminə ənənələrəmizə zərbə vurmayaq. Onsuz da düşmənlərimiz çoxdu
Azizim Natiq qardash senin islamda olan xidmetlerivi her zaman izlemishem ve bilirem.Senin bu xidmetlerive gore bir daha sene oz teshekkurumu bildirirem.Meni senin yazdiqin cavab teccublendirdi,men ki sherhimde senin meqalede qeyd elediyin butun neqativ hallarla seninle hemfikir olduqumu bildirmishdim.Sadece olaraq men qeyd elemek istedimki Huseyn(s) butun dunya muselmanlarinin Huseynidir(s) ve butun dunya muselmanlarinin oz dili ve lehcesinde novhe ve mersiye deyib yazmaqa ve qulaq asib kerbela musibetine kederlenmeye hemcinin aqlamaqa haqqi var,bu tebiidir ve bunin qarshisini almaq mumkunsuz.Huseyn(s) ezadarliqina yarashmayan yeniliklerin ise terefdari olmaqima menim sherhimde hec bir ishare yoxdur ve bu barede orada hec bir yazi yazmamisham.Dovletciliyimizi ve dilimizi hec kesdende az istemirem.Dahi shairlerimizdende sonsiz derecede raziyam ve onlari yuksek deyerlendirirem.
Ezizim Natiq eger bizim bu qisa ve deyerli muzakiremizde qarshiliqli anlashilmazliq olubsada men inaniram ki yazdiqim cavabdan sonra bu anlashilmazliq tam aradan goturuilmush hesab olunacaq.Allahdan seni ve xalqimizin senin kimi deyerli evladlarini her zaman qorumasini diliyirem hemcinin senin islamda ve xalqimiza olan xidmetlerinde sene muveffeqiyetler arzilayiram.
Qasim qardash yaqin ki menim Natiq qardashimiza yazdiqim cavabda senin ucun her shey aydin oldu ve senin yazduqin sherhde olan deyerli meqamlari men birinci sherhimde qeyd elemishem diqqetle oxisan razilasharsan.Allahsiz sovetler doneminde tehluke ve qadaqalara baxmayaraq hec kesden cekinmeden Huseyn(s) ezadarliqinda malimizla ve canimizla tam shekilde ishtirak edib teshkilatlanmasindada hec bir imkanimizi esrgememishik.Men shexsen heyatimin yarisini Allahsiz sovet ideologiasinin hakimiyeti dovrunde kecirtmishem ve her zaman Huseyncilik merasimlerinin ishtirakcisi ve shahudi olmusham.Seninde bu movzuya munasibetive hormetle yanashiram ve senede Allahdan dunya ve axiretde Huseyn(s) shefaetciliyini diliyirem.
Haminizi salamlayiram ve bir nece suala sizin komekliyinizle cavab tapmaq isteyirem.Mus-nin en boyuk arzusu shehid olmaqdi,Hezreti Huseynde shehiddir bes niye bu qehremanliga gore ibret alib qururlanmaq evezine ozumuzu doyub aglashiriq adinida qoyuruq ezadarliq.Hezreti ALI-de shehid olub Hz Huseyn niye ezadarliq etmirdi.Islam tarixi shehidlik mektebile zengindir.