 | POPULYARXƏBƏRLƏR |




|
Hörmətli müsəlmanlar!
Məlumdur ki, İslam dini təmizliyə böyük önəm verir və bizlərə təmizliyə riayət etməyi əmr edir. Təmizlik insanın maddi və mənəvi kirlərdən təmizlənməsi, daxili və xarici zahiri aləminin təmiz olması deməkdir. Dinimizdə təmizlik bir sıra ibadətlərin şərti olduğu kimi, sağlam həyat sürmək üçün də olduqca vacibdir. Təsadüfi deyil ki, Qurani-Kərmin nazil olan ilk ayələrindən biri təmizliklə bağlı olmuşdur. Təmizlik, Allah sevgisini qazanmağa vəsilədir. Qurani-Kərimdə bu barədə "Şübhəsiz, Allah tövbə edənləri, pak olanları sevər" (Bəqərə, 222), bir hədisdə isə "Təmizlik imanın yarısıdır" (Riyazu's-salihin, №25) buyurulmuş, beləcə İslam dininin təmizliyə verdiyi önəm göstərilmişdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Avqust, 2008
|
Hörmətli müsəlmanlar!
Keçən xütbələrin birində də qeyd etdiyimiz kimi, dinimizdə bəzi zaman və məkanlar digərlərndən seçilmiş və müəyyən bir hadisəyə görə dəyər qazanmışdır. Bu dəyərli zamanlardan biri də Merac gecəsidir.
Lüğətdə "yüksəlmə vasitəsi" və "yüksəlmək" mənalarına gələn merac Peyğəmbərimizin (s.ə.s.) uca məqamlara çıxarılması; "gecə səfəri" mənasını verən isra isə gecənin bir vaxtında Həzrəti Peyğəmbərin (s.ə.s.) Məkkədən Qüdsə aparılması deməkdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Avqust, 2008
|
Hörmətli müsəlmanlar!
Qurani-Kərim uca Allah tərəfindən Peyğəmbərmiz Hz Muhəmmədə (s.ə.s.) göndərilən son ilahi kitabdır. Bu əziz kitabın ünvanı bütün insanlar, qayəsi isə bütün insanların dünya və axirət səadətini təmin etməkdir. Bu qayəyə çata bilmək üçün Quranı oxumalı, anlamalı, əmr və qadağalarına riayət etməliyik. Uca Allah bu barədə belə buyurmuşdur:
Ətraflı| Şərhlər: 0 | Дата: 25 İyul, 2008
|
Hörmətli müsəlmanlar!
Allahın insanlara lütf etdiyi ağıl, sağlamlıq və zaman nemətlərinin hər biri böyük nemətdir. Müxtəlif ayələrdə və hədislərdə bunların qədrini bilməyimiz, istər ağlımızı, istər sağlamlığımızı, istərsə də vaxtımızı boş yerə sərf etməməyimiz, bu nemətlərdən pis yollarda istifadə etməməyimiz israrla tövsiyə olunur. Allahın bizə vermiş olduğu bu nemətlərə görə hər zaman şükür etməli və unutmamalıyıq ki, qiyamət günü bu nemətlərə görə də hesaba çəkiləcəyik.
Ətraflı| Şərhlər: 0 | Дата: 18 İyul, 2008
|
Yalan – həqiqətin əksinə söz söyləmək, olmuş bir hadisəni olmamış, olmamış hadisəni isə olmuş kimi göstərməkdir. Yalan ən çirkin əməllərdən biridir. Bunun belə olduğunu, çox vaxt yalan danışan insanın özü də bilir. Çünki yalan danışan insan özünə "yalançı" deyilməsini istəmir, bundan narahat olur. Yalançı olduğunu qəbul etməməsi isə, şübhəsiz ki, başqa bir yalandır.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 İyul, 2008
|
Hörmətli müsəlmanlar!
Sonsuz qüdrət sahibi olan Allah insanı ən gözəl bir şəkildə yaratmış (Tin, 4), şan və şərəf sahibi etmiş (İsra, 70), ruhundan ona üfürmüş (Hicr, 29), yer üzünü insana boyun əydirmiş (Mülk, 15) və saya bilməyəcəyimiz neçə neçə nemətləri insan oğlunun əmrinə vermişdir (İbrahim, 34).
Ətraflı| Şərhlər: 0 | Дата: 11 İyul, 2008
|
Əziz möminlər!
Bildiyimiz kimi, dinimizdə saleh əməllər, gözəl işlər üçün çox vaxt konkret bir vaxt müəyyən edilməmişdir. Lakin fərz ibadətlər üçün müəyyən qaydalar təsbit edildiiyi kimi, konkret vaxtlar da müəyyənləşdirilmişdir. Lakin bununla belə. özünəməxsus nemətlərin lütf olunduğu müəyyən mövsümlər, bəzi ibadət və önəmli işlərin yerinə yetirilməsi üçün təsbit olunmuş müəyyən vaxtlar vardır.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 İyul, 2008
|
Əziz müsəlmanlar!
Dinimizin qadağan etdiyi haram işlərdən biri də yalançı şahidlikdir. Allaha və axirət gününə iman edən bir kəsin kiminsə xətrinə və ya sırf mənfəət üçün hakimin hüzurunda yalançı şahidlik edərək haqlını haqsız, haqsızı isə haqlı çıxarmağa çalışması böyük bir günahdır. Çünki yalançı şahidlik Allaha şərik qoşmaqdan sonra gələn böyük günahlardan biridir.
Ətraflı| Şərhlər: 0 | Дата: 26 İyun, 2008
|
Əziz müsəlmanlar!
Bildiyimiz kimi, İslam dini insanlararası münasibətlərin yüksək səviyyədə qurulmasına, cəmiyyətin ünsürü olan insanların bir-biri ilə mehriban davranmasına böyük əhəmiyyət verir. Hər bir müsəlman hətta tanımadığı insanlarla belə xoş davranmalı, qarşılaşdığı insanlara sevinc bəxş etməyə salışmalıdır. İnsani münasibətlərin qurulmasında və inkişaf etməsində böyük rol oynaması baxımından salamlaşmaq bu barədə böyük əhəmiyyət kəsb edir. Belə ki, salam, bir müsəlmanın başqa bir müsəlmana rahatlıq, bərəkət və səadət diləklərini dini bir çərçivədə təqdim etməsidir.
Ətraflı| Şərhlər: 0 | Дата: 26 İyun, 2008
|
Hər canlının xilqətində çoxalıb nəslini davam etdirmə xüsusiyyəti vardır. Canlıların ən mükəmməli olan insanda da bu xüsusiyyətin mövcud olması təbiidir. İki ayrı cins olaraq yaradılan insanların bu arzularını həyata keçirmələrinin qanuni yolu evlənməkdir. Bu barədə olan bir ayədə belə buyurulur: "Sizin üçün onlarla ünsiyyət qurasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).
Ətraflı| Şərhlər: 0 | Дата: 13 İyun, 2008
|
|
|
16 səhifədən 11 << < 7 8 9 10 11 12 13 14 15 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|