POPULYARXƏBƏRLƏR

Yalan – Allahın ayələrinə inanmayanların əməli

Yalan – həqiqətin əksinə söz söyləmək, olmuş bir hadisəni olmamış, olmamış hadisəni isə olmuş kimi göstərməkdir. Yalan ən çirkin əməllərdən biridir. Bunun belə olduğunu, çox vaxt yalan danışan insanın özü də bilir. Çünki yalan danışan insan özünə "yalançı" deyilməsini istəmir, bundan narahat olur. Yalançı olduğunu qəbul etməməsi isə, şübhəsiz ki, başqa bir yalandır.

Yalan, insanı öz ətrafında inanılmayan, etibar edilməyən bir hala salır. Çünki yalan söyləyənlərin çoxu qısqanc və xəsis insanlardır. Bu cür insanlara da heç kim haqlı olaraq inanmır.

Doğru sözlü olmaq nə qədər insani və əxlaqi bir xüsusiyyətdirsə, yalançılıq da bir o qədər qeyri-insani və qeyri-əxlaqi bir haldır. Yalanın qeyri-insani qeyri-əxlaqi xüsusiyyəti insanlar arasındakı əlaqələri kökündən sarsıdır.

Yalan danışmaq bəşəri əlaqələri köklü bir şəkildə zədələyir. Çünki insanlar arasında yaxşı əlaqələr qura bilməyin əsas şərti insanların bir-birlərinə inanmalarıdır. Yalan insanlar arasındakı bu inam hissinin əmələ gəlməsinə əngəl olur. Qarşılıqlı olaraq bir-birinə inanmayan insanların sağlam əlaqələr qura bilməsi isə mümkün deyildir.

Cəmiyyəti meydana gətirən şəxslər arasında sağlam və səmimi əlaqələr qurma imkanını ortadan qaldıran yalançılıq İslam əxlaqında qəti bir şəkildə qadağan edilmişdir. Quranda belə buyurulur:

"…Yalan sözlərdən çəkinin" (Həcc, 30);

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!" (Nəhl, 105).

Yalanı ən böyük günahlardan biri olaraq qəbul edən Peyğəmbərimiz (s.ə.s.) bir dəfə səhabələrindən soruşur: "Sizə günahların ən böyüyünü xəbər verimmi?". Səhabələr "bəli" deyə cavab verdikdə Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurur: "Günahların ən böyüyü Allaha ortaq qoşmaq, ata-anaya asi çıxmaqdır". Rəsulullah bu sözləri dirsəklənmiş halda deyirmiş. Birdən dikələrək sözünə belə davam edir: "Xüsusilə yalan danışmağa, yalandan şahidlik etməyə diqqət edin. Yalançılıq və yalançı şahidlikdən çəkinin". Səhabələr rəvayət edirlər ki, Həzrəti Peyğəmbər (s.ə.s.) son sözlərini o qədər vurğuladı ki, heç susmayacağını düşündük (Muslim, Kitabu'l-iman, №87).

Yalan insanın qura biləcəyi hər cür bəşəri əlaqəyə mənfi yöndə təsir edir. İnsanın səylə qurduğu mənəvi aləminə zərər vurur. İnanılan, fikirlərinə etibar edilən insan olma xüsusiyyətini itirir. Bu səbəbdən zarafatla olsa belə yalan demək xoş qarşılanmır. Bir hədisdə belə buyurulur: "Heyiflər olsun o kəsə ki, insanları güldürmək üçün danışır və yalan söyləyir, heyiflər olsun!" (Tirmizi, Kitabu'z-zuhd, bab 10, №2315).

Yalan cəmiyyətdə ədalətin bərqərar olmasına da mane olur. Bu səbəbdən yalandan şahidlik kimi, yalan yerə and içmək də qəti olaraq qadağandır. Rəsulullah "Kim bir müsəlmanın malını qoparmaq üçün and içsə qiyamət günü o insan əzaba düçar olaraq Allahın hüzuruna çıxar" deyə buyurmuş (Təcrid, c.VII, s.211, №1064) və bu ayəni oxumuşdur: "Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları təmizə çıxarmaz. Onları şiddətli bir əzab gözləyir" (Ali-İmran, 77).

Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:14 İyul, 2008  15:53, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com