İmam Rza (ə) buyurub: "Acan zaman ye, susuzlayanda iç, sidik səni narahat edəndə çölə let, yalnız ehtiyac hiss edəndə cinsi əlaqədə ol, yorulan zaman yat. Bunlar bədənin sağlamlığıdır".
Alim bir şəxs, “Bu gün Mövlana tərtib edilən bu məclisdə nə söyləsə, qarşı gəlib, əksinə cavab verəcəyəm” dedi. Hamı maraqla gözləməyə başladı: əcəba, bu çətin vəziyyətdən Mövlana necə çıxacaq?
İblisin ən sınanmış silahlarından biri şəhvətdir! Müasir dövrdə bir çox insanlar məhz şəhvətlərini cilovlaya bilməyərək günaha mürtəkib olur, Allahdan uzaqlaşır və günah quyusuna yuvarlanırlar. Bəs nə etməli?
Fəzl ibn Rəssan nəql edib ki, imam Sadiq (ə) belə buyurub: "Yunus surəsini hər iki ya üç ayda bir dəfə oxuyan şəxsin cahil və nadan olmasından qorxusu olmaz. O, Qiyamətdə Allahın dərgahına yaxın şəxslərdən olacaqdır".
İmam Sadiqdən (ə) rəvayət edirlər ki, müşkülün həll olması üçün 180 dəfə "Qariəh" surəsini oxuyun. Kim bu surəni daim oxusa Allahın nəzəri onun üzərində olar.