İblisin ən sınanmış silahlarından biri şəhvətdir! Müasir dövrdə bir çox insanlar məhz şəhvətlərini cilovlaya bilməyərək günaha mürtəkib olur, Allahdan uzaqlaşır və günah quyusuna yuvarlanırlar. Bəs nə etməli?
Məsum imamlardan rəvayət edilir ki, şəhvət kimə qalib gəlsə “əl-Həkim” (Hikmət sahibi), “əl-Mənnan” (Çox ehsan edən) və “ər-Rauf” (Şəfqətli) sözlərini çox təkrarlasın. Beləliklə də, şəhvət ondan uzaqlaşar.