Alim bir şəxs, “Bu gün Mövlana tərtib edilən bu məclisdə nə söyləsə, qarşı gəlib, əksinə cavab verəcəyəm” dedi. Hamı maraqla gözləməyə başladı: əcəba, bu çətin vəziyyətdən Mövlana necə çıxacaq?
Bu zaman Həzrəti Mövlana qapıdan içəri girib buyurdu: "La ilahə illallah Muhammədun Rəsulullah" deyirəm. İndi əksinə cavab ver görək".
Bu halı görən o qürurlu alim, tövbə edib ustadın əlini öpərək sadiq tələbələrdən oldu.