Peyğəmbər (s) bir ruhi xəstənin yanından keçərkən soruşur: "Ona nə olub?" Dedilər ki, divanədir. Peyğəmbər (s) buyurdu: "Xeyr! Ona müsibət üz verib, divanə dünyanı axirətdən üstün tutandır".
Allahın Peyğəmbəri (s): "Yaxşılıq və ehsan et, istər ona layiq olana, istərsə də ona ləyaqəti çatmayana. Çünki yaxşılığa layiq olmayana belə yaxşılıq etmiş olsan, sən yaxşılığın fəzilətini qazanmış olursan".
İmam Baqir (ə) imam Mehdinin (ə) zühuru haqqında buyurub: "Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə, bu ayə olacaq: "Əgər imanınız olsa "bəqiyyətullah" sizin üçün daha xeyirlidir."
İmam Əli (ə) bayramların birində buyurub: "Həqiqətən də, bu bayram Allah oruc-namazını qəbul edən üçün bayramdır. Allaha itaətsizlik etmədiyiniz hər bir gün bayramdır".
İmam Sadiq (ə): "Allah-taalanın Musaya (ə) pıçıldadıqlarından biri də bu olmuşdur: Heç kəsin sərvətinin çoxluğuna qibtə etmə. Çünki sərvətin çoxluğu günahların çoxluğuna səbəb olar. Belə ki, onlarla əlaqədar vəzifələr vacib olur".
İmam Əli (ə): "Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar".