İmam Sadiq (ə) (öz səhabələrinə xitab edərək buyurur):
- Mümkün olmayan şeyi arzulamayın!
Ərz etdilər:
- Məgər kim mümkün olmayan şeyi arzu edir ki?
Buyurdu:
- Siz. Məgər dünyada rahatlıq axtarmırsınızmı?
Dedilər:
- Niyə də yox? Bəli (axtarırıq).
Buyurdu:
- Möminin dünyada rahatlığı qeyri-mümkündür.
(Biharul-Ənvar, c.81, səh.195, hədis 52).