Əbdurrəhman ibn əbi Leyla nəql edir:
- Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm: "Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin(s) "mən kimin mövlasıyamsa Əli onun mövlasıdır" kəlamını eşidibsə durub şəhadət versin.
Əbdurrəhman deyir:
- Bədr iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər – durub dedilər: "Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik: "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol".
("Tarixi-Dəməşq", Əlinin (ə) tərcümeyi-halı, c.2, səh.11, hədis 506).