Bu gecə (bu il aprelin 10-dan 11-nə keçən gecə) müsəlmanların 4-cü imamı, İmam Əlinin (ə) nəvəsi, İmam Hüseynin (ə) oğlu imam Zeynulabidinin (ə) mövludunun ildönümüdür.
Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq haram elan olunub.
Amerika hakimiyyəti "The Washington Post" qəzetinin icmalçısı Camal Qaşıqçının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə giriş qadağası haqqında qərar qəbul edib.