Əfqanıstanda “MD-530” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 pilot yaralanıb.
Bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə helikopterin ölkənin Qəndəhar hava limanına enişi zamanı baş verib. Qəzanın texniki nasazlıq səbəbində baş verdiyi qeyd edilib.