Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski və Petro Poroşenkonun “Olimpiyski” stadionunda keçiriləcək debatlarında 12 min nəfər iştirak edəcək.
İsrail baş naziri Benyamin Netanyahu Knessetin seçkilərində partiyasının qalib gəlməsindən sonra bəzi ərəb və müsəlman dövlət başçılarının onu təbrik etdiyini bildirib.
Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camal və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.
Fransalı biznesmen Fransua-Anri Pino güclü yanğından zərər görmüş Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro bağışlayıb. Bu barədə Fransa KİV-ləri xəbər verib.