Misirin Sinay yarımadasının şimalında yerləşən Şeyx Zoveyd şəhərindəki bazarda törədilən partlayış nəticəsində 7 nəfər ölüb, 26 nəfər yaralanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.
“Təhlükəsizlik qüvvələri tərəfindən bazar ətrafında keşik tədbirləri zamanı, təqribən, 15 yaşlarında olan intiharçı-kamikadze polis qüvvələrinin yaxınlığında özünü partladıb. Nəticədə ikisi zabit olmaqla 4 polis əməkdaşı, həmçinin 3 nəfər mülki şəxs ölüb, daha 26 mülki şəxs də xəsarət alıb”, - açıqlamada qeyd olunub.