Liviyanın paytaxtı Tripoli şəhərinə bir neçə raket atılıb.
Bu barədə "Agence France-Presse" bildirib.
Məlumata görə, şəhərdə azı yeddi güclü partlayış səsi eşidilib. Bəzi ərazilərdə sıx tüstü yaranıb.
"Libya Observer" isə atəş zamanı 4 nəfərin həlak olduğunu, daha 23 nəfərin yaralandığını bildirib.
Hadisənin təfərrüatı müəyyənləşdirilir.