POPULYARXƏBƏRLƏR

Natiq Rəhimov

Tarix boyunca İslam dünyasını parçalayan, müsəlmanlar arasında ayrı-seçkilik salan səbəblərdən biri də məzhəb amili olmuşdur. Təəssüf ki, eyni qibləyə sarı namaz qılan, eyni Quranı oxuyan, eyni Allaha inanan, eyni Peyğəmbərin ümməti sayılan, eyni ayda oruc tutub, eyni ayda və eyni məkana həccə gedən müsəlmanlar bəzən məzhəbçilik zəminində ciddi qarşıdurmaların iştirakçısı olmuşlar. Hal-hazırda da dünyanın müxtəlif nöqtələrində bu zəmində düşmənçiliklər, qətlü-qarətlər baş verməkdə, terror aktları törədilməkdədir.

Ətraflı| Şərhlər: 10 | Дата: 16 Aprel, 2013

Bu günlərdə küçədə dostlarımdan birini gördüm. Allah imanını kamil etsin, dindar adamdır. Vicdanla yaşamağa çalışır, ibadət əhlidir. Onu yaxşı bir insan kimi tanyıram. Bu dəfə fikirli görünürdü. “Nəsə olub? Fikirli görünürsən” sözümə bənd imiş kimi, dərdini açıb danışdı. Sən demə, nə kasıblığın dərdini çəkirmiş, nə də evdə xəstəsi varmış. Başına gələn bir hadisədən xəcalət çəkirmiş. Sözünə də belə başladı: “Qardaş, dünən şeytanın adamı necə aldatdığının bir daha şahidi oldum, amma təəssüf ki, öz təcrübəmdə. Dünəndən özümə yer tapa bilmirəm. Vicdan əzabı məni boğur. Niyə belə oldu, özüm də bilmirəm”.

Ətraflı| Şərhlər: 2 | Дата: 19 Mart, 2013

Dinimizdə belə bir əxlaqi qayda var: müsəlman gərək Allaha təvəkkül etsin. O qədər təvəkkül etsin ki, hər gün ruzinin Allah tərəfindən veriləcəyinə inansın, özü üçün azuqə toplamasın. Müqəddəslərimiz və onlardan dərs alan övliyalarımız öz ruzilərini gündəlik qazanıblar, qəpik-qəpik. Bugünkü dolanışıqlarına bəs edəcək qədərini özlərinə saxlayıblar, artığını isə sədəqə veriblər. Çünki əvvəla, bu gündən sabaha ümid yoxdur; bilmək olmaz ki, əcəl bizi nə vaxt haqlayacaq və yığdığımızı kimdən ötrü yığırıq. İkincisi, yığıcılıq insanda dünyaya bağlılıq yaradır, insanı həris edir. Nəhayət, üçüncüsü, öz qarnın doydumu, başqa ac qarınları da doyuzdurmaq haqqında düşünməlisən. Elə buna görə Peyğəmbər (s) buyururdu ki, sabahın ruzisinin dərdini çəkmə; çünki hər sabah ruzisini özü gətirər. Və elə buna görə İmam Sadiq (ə) buyururdu ki, ruzi dərdi çəkən adam üçün günah yazılar.

Ətraflı| Şərhlər: 1 | Дата: 7 Mart, 2013

Azərbaycan xalqı həmişə İslamın elm və mədəniyyət tarixinə mühüm töhfələr verib. Orta əsrlərdə yaşayıb-yaratmış xeyli şair və ədibin, təsəvvüf xadiminin, din aliminin adı Şimali Azərbaycan mənsubiyyətini ifadə edir. XIX-XX əsrlərdə o zamanın ən ünlü dini elm mərkəzlərindən sayılan Nəcəf, Kərbəla, Qum şəhərlərində yüzlərlə həmvətənimiz təhsil alırdı.

Ətraflı| Şərhlər: 2 | Дата: 27 Fevral, 2013

Televizor yaxşı şeydir. Öz evində rahat oturub dünyanın o biri başından xəbər tutursan, bütün xəbərləri operativ izləyirsən. İstirahət etmək istəyəndə musiqiyə qulaq asırsan, filmləri seyr edirsən. Elmin ən müxtəlif sahələri haqqında məlumatları sənədli filmlərdən alırsan. Bakıda oturub, Yeni Zelandiyanın heyvanlar aləmini, Madaqaskarın bitkilərini öyrənirsən, İtaliyanın tarixi abidələrini, Məkkənin müqəddəs məkanlarını gəzirsən. Xanımlarımız televiziya ekranından dünya kulinariyasını öyrənirlər. Hələ uşaqları demirəm, multfilmə baxırlar, başları qarışır. Xülasə, evdə televizor olmağı çox yaxşıdır, amma...

Ətraflı| Şərhlər: 4 | Дата: 22 Fevral, 2013

Onunla tanışlığım təsadüfi baş verdi. Daha doğrusu, mən onunla yox, o mənimlə tanış oldu. Bir neçə ay bundan əvvəl metroda vaqonun gəlişini gözləyirdim ki, mənə yaxınlaşdı. Çox səmimi şəkildə, köhnə dostlar kimi salamlaşdı, hal-əhval tutdu. Doğrusu, əvvəlcə özümü itirdim. Çünki onun kim olduğunu xatırlaya bilmədim – görəsən, uzaq qohumdur, yoxsa məktəb yoldaşımdır, ya da institutda bir yerdə oxumuşuq? Hətta bir az utanıb özümü danladım ki, mənimlə bu qədər isti görüşən adamı niyə tanımıram. Amma az sonra söhbətin gedişindən başa düşdüm ki, özümü danlamağım əbəs imiş. Biz onunla indiyə kimi görüşməmişdik, buna görə də onu tanıya bilməzdim. Məni televiziya verilişlərində görübmüş.

Ətraflı| Şərhlər: 11 | Дата: 29 Yanvar, 2013

Bir neçə ayın söhbətidir. Yay vaxtı idi. Ailəmlə birlikdə yoldaşımın yaxın qohumlarından birinin evinə qonaq getmişdim. Bəri başdan deyim ki, yaşlı ata, ana və yeniyetmə oğuldan ibarət olan bu kiçik ailənin üzvləri dinsiz deyillər. Amma dindar olub da bir elə hünər göstərməyiblər. Valideynlərin dindarlığı hər gün evdən çıxmazdan əvvəl üzü qibləyə durub üç dəfə Qül hüvəllah və ayətül-kürsi oxumaqla, oruc tutmadıqları Ramazan ayı bitəndə adambaşına 3 kilo buğdanın pulu qədər fitrə zəkatı verməklə (etiraf edim ki, bu da çox zaman bizim təkidimiz və hətta məcburiyyətimizlə olur), Allaha işləri düşəndən-düşənə pirləri gəzib ziyarət etməklə məhdudlaşır desəm, səhv etmərəm. Evin yeniyetmə oğlu bizim dəvətimizlə bir müddət namaz qılıb oruc tutdu, hətta iki il məhərrəmlik vaxtı məsciddən ayağı kəsilmədi. Amma... sonra həvəsdən düşdü, “şəraitim imkan vermir” deyə, ibadətin daşını atdı. (Ümid edirəm ki, heç olmazsa, birdəfəlik yox).

Ətraflı| Şərhlər: 3 | Дата: 12 Yanvar, 2013

Dinimiz orta yol dinidir, nə ifratı, nə də təfriti bəyənir. İslamda hər bir işi ədalətlə, öz yerinə və vaxtına uyğun, mütənasib şəkildə etmək vacibdir. Həddi aşmaq (həm azlığa, həm də çoxluğa doğru) günah sayılır. Mal-dövlətə münasibətdə də bu orta yolu izləmək İslamın vacib əmrlərindəndir.

Ətraflı| Şərhlər: 1 | Дата: 9 Yanvar, 2013

Bu gün, yanvar ayının 3-ü, hicri-qəməri təqvimlə səfər ayının 20-si, Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır.

Ətraflı| Şərhlər: 1 | Дата: 3 Yanvar, 2013

Orta əsrlərdə elm və mədəniyyət sahələrində müsəlmanların aparıcı yerə malik olmasının sübutlarına az qala addımbaşı rast gəlirik. Qərbin geyim, mətbəx, davranış mədəniyyətindən tutmuş astronomiya, coğrafiya, tibb, riyaziyyat, kimya, dənizçiliyə kimi, memarlıqdan tutmuş musiqiyə kimi bir çox sahələrdə müsəlmanların əldə etdiyi nailiyyətlərin izini görürük.

Ətraflı| Şərhlər: 4 | Дата: 25 Dekabr, 2012
 
3 səhifədən 2 << < 1 2 3 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com