Türkiyə Azərbaycanın tarixi, strateji və hərbi-siyasi müttəfiqidir. Bu barədə dünyada baş verən aktual siyasi hadisələrə həsr olunmuş ''dəyirmi masa''da politoloq Fikrət Sadıqov məlumat verib.
'İki ölkə arasında strateji əməkdaşlıq haqqında müqavilə, bir sıra razılaşmalar və s. imzalanıb. Lakin düşünürəm ki, bu fonda (Türkiyə-İsrail münasibətlərinin mürəkkəbləşməsi-SalamNews) İsarillə pozmaq olmaz'',- politoloq deyib. Onun sözlərinə görə, heç kim Azərbaycanı bu ölkə ilə münasibətləri pozmağa vadar edə bilməz.