“Türkiyə bizə qardaş dövlətdir. Türkiyə iqtidarının bugünkü siyasəti türk dövlətinin və türk xalqının maraqlarına tam cavab verir”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyə-İsrail münasibətləri ilə bağlı Azərbaycanın mövqeyini açıqlayarkən deyib.
Şöbə müdiri bildirib ki, Türkiyə öz müstəqil siyasətini yürütməyə, onun effektivliyini təmin etməyə tam qadirdir.
“Azərbaycan dövləti də indiyədək Türkiyəyə lazımi dəstək verib, bundan sonra da verəcək”, - deyə, Ə. Həsənov bildirib.