Gəncədə baş verən məlum kriminal hadisə bəlkə də bir hadisə kimi artıq arxa plana keçib. İndi bu terrora hədəf olan şəxslər deyil, daha çox cinayəti törədənin ətrafında müzakirələr aparılır. Özü də, ən paradoksalı da elə budur, bəzi qüvvələr bunu öz maraqları çərçivəsində etməyə cəhd göstərir. Bu qüvvələrə nəzər yetirdikdə isə, onları əsasən iki qrupa bölmək mümkündür. Onların həm oxşar, həm də fəqrli cəhətləri var.