Son günlər Fazil Mustafanın ilahiyyatçı Şahin Həsənlinin ünvanına səsləndirdiyi ittihamlara cəmiyyətin müxtəlif təbəqələrinə məxsus şəxsləri, ziyalılar münasibət bildirib. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyyid Camal Əzimbəyli məsələ ilə əlaqədar İslam.az-a deyib ki, "Hacı Şahin Həsənlini hədəf seçənlər - özləri təkfirçi zehniyyətli milli dönüklərdir".