POPULYARXƏBƏRLƏR

Mənə dostunu göstər...

Gəncədə baş verən məlum kriminal hadisə bəlkə də bir hadisə kimi artıq arxa plana keçib. İndi bu terrora hədəf olan şəxslər deyil, daha çox cinayəti törədənin ətrafında müzakirələr aparılır. Özü də, ən paradoksalı da elə budur, bəzi qüvvələr bunu öz maraqları çərçivəsində etməyə cəhd göstərir. Bu qüvvələrə  nəzər yetirdikdə isə, onları əsasən iki qrupa bölmək mümkündür. Onların həm oxşar, həm də fəqrli cəhətləri var.

Oxşar cəhətləri budur ki, hər ikisi fürsətçildir, imkan arayırlar ki, Azərbaycanda hökm sürən sabitliyi pozsunlar, dini cameəni istifadə etməklə cəmiyyəti öz məhvərindən oynatsınlar. Fərqlilikləri isə bundan ibarətdir ki, birinci qrup bunun üçün ölkənin böyük əksəriyyətini təşkil edən şiə məzhəbinin ardıcıllarının ən duyğulu nöqtələrini istifadə etməklə məqsədinə qovuşmağa çalışırsa, ikinci qrup əksinə, bu məzhəbi qaralamaqla, olmazın böhtanları ilə “bombalamaqla” çirkin niyyətlərini həyata keçirməyə can atır.

Bu dəfə də ssenarilər dəyişmədi. Gəncə hadisəsinə hələ hüquqi qiymət verilməmiş, heç bir şeyə aydınlıq gətirilməmiş “vətənpərvərlər” artıq iş başında idilər. Arazın o tayından ilk həmlə gəldi (diqqət etmək lazımdır ki, söhbət heç də İran hakimiyyətindən deyil, İranda fəaliyyət göstərən məhdud bir qrupdan gedir). Yenə də cihad, imam və sair müqəddəs dəyərlərlə manipulyasiya edildi. Məqsəd isə, qeyd etdiyimiz kimi, hər bir Əhli-beyt tərəfdarının əziz tutuduğu müqəddasatdan istifadə edərək cəmiyyətdə iğtişaş yaratmaq, qarışıqlıq dalğasında gündəmə gəlmək, özünə dividend qazanmaq idi.

Digər – təkfirçi, radikal sələfi əqidəsində olan, hər zaman İŞİD vəhşiliklərinə dini don geyindirən və bu terror təşkilatını dəstəkləyən qrupun fəalları da gecikmədilər. Dərhal utanmadan şiələrlə İŞİD arasında bərabərlik işarəsi qoyuldu. Yenə də “əsl İslam” haqqında nağıllar eşidildi (hərçənd, onlar heç səngiməmişdi də, bəzi deputatların və psevdo-ilahiyyatçıların sayəsində). Məqsəd isə, artıq qeyd etdiyimiz kimi, müsəlmanlarda qıcıq yaratmaq, dini cameəni iğtişaşlara sürükləməkdir.

Bu arada nə birinci, nə də ikinci qrupa aid olanları eyni səfdə yer almaları qətiyyən təəccübləndirmir və narahat etmir. Amma qəribədir, sözdə guya barışmaz düşmən və rəqibdirlər bunlar. Gəl ki, indi bu qrup əl-ələ verib hər şeyi şiələrin boynuna atır. Zatən bəlli olur ki, şiə üçün yekun nəticə olaraq onlar arasında heç bir fərq yoxdur: hər ikisi şiələrin ziyanına işləyir. Elə bir bu hal düşünən insanlar üçün kifayətdir ki, hər iki qrupun kimin dəyirmanına su tökməsi bəlli olsun.

 

 




Yerləşdirilib:6 İyul, 2018  11:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com